• $
  • €
  • ₽
  • ₺
  • £

Leading company in electronics and home appliances sales – “İrşad” marks 24th anniversary! – Photo

Leading company in electronics and home appliances sales – “İrşad” marks 24th anniversary! – Photo
13.12.2024 10:45
Azərbaycanın elektronika və məişət texnikası satışı üzrə aparıcı şəbəkələrindən biri olan "İrşad" 24-cü ildönümünü qeyd edir.. Şirkət yarandığı gündən yüksək keyfiyyətli xidmət göstərməklə daim müştəri məmnuniyyətini üstün tutur.

İlk olaraq 2000-ci ildə Bakıda "I&R Telecom” adı ilə yaradılmış şirkət 2007-ci ilin sonunda rebrendinqdən keçərək fəaliyyətini "İrşad Telecom” olaraq davam etdirir. 2018-ci ildə məişət texnikası və elektronika satışını genişləndirdiyi üçün "İrşad Electronics" adını aldı. 2021-ci ildən məhsul kateqoriyalarının daha da genişlənməsi ilə şirkət "İrşad” adı altında yeni korporativ üslubunu təqdim etdi.

Fəaliyyətlərində innovativ texnologiyaların tətbiqini ardıcıl olaraq prioritetləşdirən şirkət innovativ yanaşmaları və müştəri məmnuniyyətinə verdiyi töhfələr sayəsində həmişə rəqiblərindən seçilib. 2022-ci ildə iOS və Android platformalarında işləyən smartfonlar üçün mobil proqram istifadəyə verilib. Alış-veriş üçün bonus sistemini özündə əks etdirən mobil proqram istifadəçilərin böyük marağına səbəb olub. Proqramı ilk dəfə yükləyənlər 20 AZN "Xoş gəlmisiniz" bonusu qazanırlar. Bu il mobil proqram istifadəçilərinin sayı 129 920 nəfər artaraq ümumilikdə 276 500-ə çatıb. Əlavə olaraq, 2023-cü ildə şirkətin YouTube kanalı Azərbaycanda 100 000 abunəçiyə çatan ilk elektronika şirkəti olub və tanınma lövhəsi qazanıb.

Əvvəlki illərdə olduğu kimi, bu il də "İrşad” xidmət şəbəkəsinin daxili dizaynını yeniləməyə davam edir, eyni zamanda ölkə üzrə mövcudluğunu uğurla genişləndirir. Hər zaman seçilən "İrşad” işğaldan azad edilmiş ərazilərimizdən biri olan Füzulidə elektronika və məişət texnikası mağazası açan ilk şirkət oldu.

Bununla yanaşı, Naxçıvan, Zaqatala, Bakıxanov 2, Gənclik, 20 Yanvar və İsmayıllıda yeni mağazalar açılaraq, xidmət şəbəkəsi daha da genişləndirilib. İl ərzində şirkətin Maştağa, Ağdaş, Masazır, Gəncə 2 və Qəbələdə yerləşən mağazaları həm genişləndirilib, həm də müasir dizaynla yenilənib. Tezliklə Şərur, Masallı və Şəkidə yeni mağazalar da yeni məkanlarda müştərilərə xidmət göstərəcək.
Hazırda "İrşad”ın Azərbaycan üzrə 55 mağazası, 1 onlayn mağazası və 3 təmir xidməti mərkəzi var. Onlardan 26-sı Bakıda, 29-u isə rayonlarda yerləşir.

Qeyd edək ki, mağazalar şəbəkəsinin genişləndirilməsi və şirkətin inkişaf strategiyasına uyğunlaşdırılması bu il məşğulluğun da artmasına səbəb olub. 2024-cü ildən başlayaraq 976 işçisi olan "İrşad”da hazırda 1250 nəfər çalışır və yaxın gələcəkdə yeni filialların açılması ilə bu sayı daha da artacağı gözlənilir.

Bundan əlavə, şirkət rəqabətqabiliyyətli maaşları, əlverişli iş şəraiti, hörmətli işçi münasibətləri, kadrların inkişafı imkanları və digər meyarlar sayəsində özəl sektorda fərqlənir. Bu güvənin nəticəsidir ki, bir çox insan karyerasına "İrşad”da başlamağa can atır. Uzunmüddətli hədəflərini nəzərə alaraq, şirkət sadiq, peşəkar və inkişaf yönümlü şəxslərin seçilməsinə üstünlük verir.

"İrşad” 24 illik fəaliyyəti ərzində məhsul çeşidini və müştərilərə xidmət keyfiyyətini artırmaq üçün portfelindəki brend və məhsul modellərinin sayını artırıb.Bu müddət ərzində şirkət LG, HP, Acer, Sony, Beko, Forward, Lenovo, Tefal və BOSCH.

Bundan əlavə, Apple, Samsung və Xiaomi şirkətlərinin Azərbaycandakı rəsmi distribyutoru və HONOR brendinin eksklüziv distribyutoru olan "İrşad” həm mağazalarda, həm də mobil tətbiqi vasitəsilə alış-veriş üçün 40.000-dən çox məhsul variantı təklif edir.

Bu ildən etibarən "İrşad” seçilmiş mağazalarında mebel satışına da başlayıb, həmçinin topdan və korporativ satış üzrə 300-dən çox diler və müəssisə ilə əməkdaşlıq edir.

www.anews.az
Youtube
Go
Similar news
Similar news
CSTO Secretary General: Armenia Has De Facto Withdrawn from the Organization
Society 09:30
CSTO Secretary General: Armenia Has De Facto Withdrawn from the Organization
Disruptions Hit Official Websites of Azerbaijani State Agencies
Society 18:00
Disruptions Hit Official Websites of Azerbaijani State Agencies
Flu Vaccination Campaign Underway in Baku and Sumgayit with Dutch Vaccine
Society 17:30
Flu Vaccination Campaign Underway in Baku and Sumgayit with Dutch Vaccine
Abortion Rates in Azerbaijan Rise 21.9% in 2025, Statistics Committee Reports
Society 16:29
Abortion Rates in Azerbaijan Rise 21.9% in 2025, Statistics Committee Reports
Cabinet Approves Updated Board of Defense Industry Ministry
Society 15:00
Cabinet Approves Updated Board of Defense Industry Ministry
US and Israel weigh Iran strikes after November 3
Society 09:30
US and Israel weigh Iran strikes after November 3
Azerbaijan Launches Free Seasonal Flu Vaccination Campaign
Society 16:30
Azerbaijan Launches Free Seasonal Flu Vaccination Campaign
Absheron to Build $591M Regional Waste Landfill Under Livable Baku
Society 13:00
Absheron to Build $591M Regional Waste Landfill Under Livable Baku
Youth Cancer Diagnoses Decline in Azerbaijan
Society 17:59
Youth Cancer Diagnoses Decline in Azerbaijan
Anews TV

Our official Youtube channel

Subscribe