Победителям лотереи, проводимой среди абонентов Nar, были вручены призы

Vyanada OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində Neft İxrac
Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin neft hasilatının
azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünədək uzadılması
qərarına Azərbaycan da qoşulub. İclasın yekunlarına dair Energetika
Nazirliyinin mətbuat xidmətinə açıqlama verən energetika naziri Natiq Əliyev deyib
ki, iclasda Vyana sazişinin nəticələri təhlil
edilərək, neftin qiymətinin 50-55 dollar arasında qərarlaşmasi razılaşmanın
bazara müsbət təsirinin göstəricisi kimi qeyd olunub.Sazişin icrasına nəzarət
edən qurum kimi Monitorinq Komitəsinin fəaliyyəti xüsusilə yüksək qiymətləndirilib.
OPEC rəhbərliyi təşilata üzv ölkələr və
kartelə daxil olmayan ölkələr tərəfindən öhdəliklərin yerinə yetirilmə səviyyəsini
təqdir edib. Bildirilib ki, ən son məlumatlara görə, hasilatın azaldılması ilə
bağlı öhdəliklərə OPEC ölkələri 104 %, qeyri-OPEC ölkələri isə 102 % əməl edib.
Toplantıda dünya iqtisadiyyatının inkişaf templəri, ilin sonuna kimi gözləntilər,
trendlər, neft, neft məhsullarına əks etdirən təqdimatlar edilib. Bu məlumatların
təhlili əsasında hasilatın azadılması 9 ay uzadılması ilə bağlı Monitorinq
Komitəsinin təklifi irəli sürülüb və yekdiliklə razılışadırılıb. Natiq Əliyevin
sözlərinə görə, yarımillik müddət qış mövsümünü tam əhatə etmədiyinə və qışda
qiymətlər tez-tez dəyişdiyinə görə 24
ölkənin nümayəndələri hasilatın azaldılması üzrə sazişin müddətinin 6 ay əvəzinə
9 ay uzadılmasını məqbul hesab ediblər. Görüşün yekununda OPEC və təşkilata
daxil olmayan ölkələr Bəyannaməyə imza
atıblar.
Dünya enerji bazarında neftin qiymətinin sabitləşdirilməsi istiqamətində
təşəbbüslərə qoşulan ilk ölkələrdən biri kimi Azərbaycan da OPEC və qeyri-OPEC
ölkələrinin növbəti bu anlaşmasına dəstəyini ifadə edib. Natiq Əliyev bildirib
ki, Vyana sazişinin müddətinin uzadılmasının
neftin qiymətinin 55-60 dollar civarında qərarlaşmasını təmin edəcəyi
gözlənilir. ”Azərbaycanın neft hasilatının daha 9 ay azaldılması ilə bağlı öhdəliyi
öz üzərinə götürməsi ölkənin maraqlarına tam uyğundur. Azərbaycan bu sazişin gələn
ilin sonuna kimi davam etdirilməsində də
heç bir problem görmür.”-deyə energetika naziri vurğulayıb.
Nazir onu da bildirib ki, növbəti belə bir görüş Vyanada 30 noyabr 2017-ci il tarixdə keçiriləcək.
Xatırladaq ki, ötən
il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel
azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub.
Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o
cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə
sazişə imza atıblar. İlin birinci yarısı üçün bağlanmış neft hasilatının azaldılması
üzrə hazırkı sazişin müddəti iyunun 30-da bitir.




www.anews.az
























