• $
  • €
  • ₽
  • ₺
  • £

Moldovalı futbolçu: "Azərbaycanda heç kimin küçəyə çıxmasına qadağa qoyulmayıb"

Moldovalı futbolçu: "Azərbaycanda heç kimin küçəyə çıxmasına qadağa qoyulmayıb"
28.05.2020 22:01
"Hər zaman ölkə xaricində çıxış etmək istəmişəm. Sadəcə, getmək üçün indiyə qədər konkret təklif olmamışdı. Qış fasiləsində isə "Zirə"dən dəvət aldım. Transferim üçün ən çox israr edən məhz bu klub oldu".


"Report"un məlumatına görə, bu fikirləri "Zirə" klubunun moldovalı futbolçusu George Anton ölkəsinin mətbuatına müsahibəsində deyib.


Yeni komandası barədə danışan 27 yaşlı müdafiəçi bildirib ki, oyunlarına çoxlu azarkeş gəlir: "Zirə" gənc və iddialı klubdur, ev oyunlarını Bakıdan 40 km kənarda yerləşən Zirə qəsəbəsində keçirir. Amma məşqlərimiz Bakı Olimpiya Stadionunda olur. Azarkeşlərə gəlincə, oyunlarımıza, həqiqətən, çox insan gəlir. Bununla yanaşı, onlar bizi əla dəstəkləyirlər. Maliyyə baxımından da heç bir problem yoxdur".


Antonun sözlərinə görə, Azərbaycanda özünü yaxşı hiss edir: "Bakıda bir mənzildə yaşayıram. Yevgeni Koçukla ünsiyyət qururam. İndi isə ailəm mənimlə birlikdədir. Boş vaxtlarımı yaxınlarımla keçirirəm. "Zirə"də artıq 6 oyunda meydana çıxmışam. Ölkə futbolu inanılmazdır. Hamı bir-birini uda bilər. "Qarabağ"ı saymasaq, bütün komandaların səviyyəsi eynidir. Hazırda turnir cədvəlində vəziyyət elədir ki, istənilən klubun avrokuboklara düşmək şansı var".


Koronavirusla bağlı Azərbaycandakı vəziyyətdən də söz açan futbolçu bütün lazımi təhlükəsizlik tədbirlərinin görüldüyünü vurğulayıb: "Artıq 4 gündür məşq etmirik. Qızımın getdiyi uşaq bağçası da bağlanıb. Hamı vəziyyətin düzəlməsini gözləyir. Amma heç kimin küçəyə çıxmasına qadağa qoyulmayıb. Hələlik həyat adi qaydada davam edir. Virusdan qorunmaq üçün vaxtımın çox hissəsini ailəmlə birlikdə evdə keçirirəm. Belə mürəkkəb vəziyyətdə nə isə etmək çətindir".

www.anews.az
Instagram
Перейти
Похожие новости
Похожие новости
Первый женский клубный чемпионат мира по футболу пройдет в США
Спорт 23:22
Первый женский клубный чемпионат мира по футболу пройдет в США
FIFA объявила дату проведения ЧМ U-20, который примут Азербайджан и Узбекистан
Спорт 20:22
FIFA объявила дату проведения ЧМ U-20, который примут Азербайджан и Узбекистан
Сборная Азербайджана готовится к матчу открытия чемпионата мира по футболу
Спорт 19:21
Сборная Азербайджана готовится к матчу открытия чемпионата мира по футболу
Лига чемпионов: «Сабах» уступил «Боруссии» - обновлено
Спорт 22:40
Лига чемпионов: «Сабах» уступил «Боруссии» - обновлено
В Баку организуют бесплатные автобусы для болельщиков матча "Сабах" – "Боруссия"
Спорт 22:44
В Баку организуют бесплатные автобусы для болельщиков матча "Сабах" – "Боруссия"
Матч "Сабах" - "Боруссия" будет судить испанская бригада арбитров
Спорт 16:00
Матч "Сабах" - "Боруссия" будет судить испанская бригада арбитров
Стас Покатилов вошел в символическую сборную второго тура ЛЧ
Спорт 21:03
Стас Покатилов вошел в символическую сборную второго тура ЛЧ
«Сабах» одержал историческую победу в Лиге чемпионов - обновлено
Спорт 22:46
«Сабах» одержал историческую победу в Лиге чемпионов - обновлено
Лига чемпионов УЕФА: матч "Сабах" — "Славия" обслужит австрийский арбитр
Спорт 16:04
Лига чемпионов УЕФА: матч "Сабах" — "Славия" обслужит австрийский арбитр
Anews ТВ

Наш официальный канал на Youtube

Подписаться

Последние новости

Еще новости