Daha bir ölkədə “Omicron” aşkarlandı

Almaniyada koronavirusun yeni ştamı olan "Omicron” aşkar edilib.
"Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Almaniyanın sosial işlər naziri məlumat yayıb.
Bildirilir ki, Çexiyada da yeni ştamın əlamətləri olan şəxslər karantinə alınıb.
Xatırladaq ki, yeni ştam Avropada ilk dəfə Belçikada aşkar edilib
www.anews.az






















