Türkiyədə 4,6 maqnitudada zəlzələ olub

Türkiyənin Qaziantep vilayətində 4,6 maqnitudada zəlzələ olub.Bu barədə yerli mətbuat xəbər verir.
Məlumata görə, zəlzələnin episentri Nurdağı rayonunda, ocağı 7 kilometr dərinlikdə yerləşib.
Təbiət hadisəsi Qaziantep, Qəhrəmanmaraş, Kilis, Osmaniyyə və Hatay vilayətlərində hiss olunub.
Dağıntı və ya tələfat barədə məlumat yoxdur.






















