• $
  • €
  • ₽
  • ₺
  • £

Avropa Oyunları Əməliyyat Komitəsi İtaliya ilə yayım sazişi bağladı

Avropa Oyunları Əməliyyat Komitəsi İtaliya ilə yayım sazişi bağladı
08.01.2015 16:51
Bu gün 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarının İtaliyada göstərilməsini təmin edəcək yayım sazişi imzalanıb.

Yarışın Təşkilat Komitəsindən apasport.az saytına verilən məlumata görə, aparıcı yayım şirkəti olan "Sky İtalia” öz idman kanalları vasitəsilə Oyunların canlı və yarışlardan əsas məqamların yayımlanmasını, eyni zamanda, "Sky Go” vasitəsilə Oyunların geniş şəkildə işıqlandırılmasını təmin edəcək.
 
Belə ki, "Sky İtalia TV” stansiyası ölkədə müstəsna hüquqlarından yararlanaraq, I Avropa Oyunları ilə bağlı məlumatlılığı artırmaq və həyəcanı bölüşmək məqsədilə məşhur "Sky Sport 24” xəbər kanalı vasitəsilə Oyunların təbliğatını həyata keçirəcək.
 
Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bildirib ki, Bakı-2015-in İtaliyada geniş şəkildə işıqlandırılmasını təmin etməyə dair sazişin "Sky İtalia” şirkəti ilə bağlanmasından olduqca məmnundur: "Qitənin idman sahəsində ən çox uğur qazanan ölkələrindən biri olan İtaliyanın Bakı-2015 Avropa Oyunlarına qızıl medallar və qələbə uğrunda mübarizə aparmaq üçün çox güclü komanda göndərəcəyini gözləyirik”.
 
Əsası 2003-cü ildə qoyulmuş, ölkədə 4.7 milyon abunəçisi və 13 milyondan artıq tamaşaçısı olan "Sky İtalia” Avropanın ən nüfuzlu idman yayımı şirkətlərindən biri hesab edilir.
 
2014-cü ildə Soçidə keçirilən Qış Olimpiya Oyunlarının yayımını həyata keçirmiş şirkət, eləcə də, futbol üzrə A Seriyasının, Bundesliqanın, UEFA Çempionlar Liqasının və Avropa çempionatının seçmə mərhələ oyunlarının yayım hüququnu özündə saxlayır.
 
"Sky İtalia” şirkətinin İdman hüquqları, proqramlaşdırma və prodakşn üzrə direktoru Matteo Mamminin sözlərinə görə, I Avropa Oyunları bütün qitənin zövq alacağı möhtəşəm idman bayramı olacaq: "Biz ölkəmizdə Oyunların yayımını həyata keçirəcəyimiz üçün fəxr edirik. Bakıda 17 gün ərzində möhtəşəm yarışların keçəcəyinə və tamaşaçılarımız üçün yarışlardan ən yaxşı məqamları nümayiş etdirəcəyimizə böyük ümidlər bəsləyirik”.
 
İtaliyanın Milli Olimpiya Komitəsinin prezidenti Covanni Malaqo əlavə edib ki, idman azarkeşlərinin I Avropa Oyunlarını ölkələrində aparıcı teleyayım şirkəti, eyni zamanda, şirkətin onlayn və mobil platformaları vasitəsilə izləyə biləcəkləri üçün çox şaddır: "Bu, idmançılarımız və milyonlarla azarkeşlərimiz üçün əla xəbərdir və əminəm ki, bu saziş Bakı-2015 İtaliyada uğurlu yayımına kömək edəcəkdir”.  
 
I Avropa Oyunlarının Kommersiya şöbəsinin direktoru Çarli Viceratna bildirib ki, beynəlxalq yayım satışı sürətlə davam edir və yarışın yayımını nəzərdə tutan bu sazişi "Sky İtalia” kimi tanınmış televiziya kanalı ilə imzalamaq möhtəşəm xəbərdir: "Saziş, öz növbəsində Bakı-2015 üçün əlavə bir uğur olmaqla yanaşı, dünyanın qabaqcıl teleyayım şirkətləri tərəfindən Oyunlara artmaqda olan marağın təzahürüdür. Hal-hazırda bir sıra müqavilələrin üzərində işləyirik və önümüzdəki aylarda Avropa ölkələrinə aid sazişləri elan edəcəyik”.  

ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Şənbə günü hava necə olacaq?
Baku 2015 13:04
Şənbə günü hava necə olacaq?
Ermənistan yaxın 5 ildə Azərbaycanla ticarət əlarəqələri qurmağı planlaşdırır
Baku 2015 20:40
Ermənistan yaxın 5 ildə Azərbaycanla ticarət əlarəqələri qurmağı planlaşdırır
Baş Prokurorluq üç Rusiya vətəndaşını terrorçuluğa çağırışlara görə beynəlxalq axtarışa verib
Baku 2015 18:43
Baş Prokurorluq üç Rusiya vətəndaşını terrorçuluğa çağırışlara görə beynəlxalq axtarışa verib
AYNA şəhərlərarası marşrutlar üzrə müsabiqələrin qaliblərini müəyyən edib
Baku 2015 18:10
AYNA şəhərlərarası marşrutlar üzrə müsabiqələrin qaliblərini müəyyən edib
"Bəniz" ləqəbli tiktoker 10 il 3 ay həbs cəzası alıb
Baku 2015 18:26
"Bəniz" ləqəbli tiktoker 10 il 3 ay həbs cəzası alıb
Sabah pensiyaların ödənilməsi yekunlaşdırılacaq
Baku 2015 18:34
Sabah pensiyaların ödənilməsi yekunlaşdırılacaq
Əliyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının açılış mərasimində iştirak edir
Baku 2015 11:49
Əliyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının açılış mərasimində iştirak edir
Metroda xətlərin ayrılması qaçılmazdır - ekspert
Baku 2015 15:33
Metroda xətlərin ayrılması qaçılmazdır - ekspert
UFC Bakı turnirinin bilet satışı mayın 15-də başlayacaq
Baku 2015 21:29
UFC Bakı turnirinin bilet satışı mayın 15-də başlayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol