• $
  • €
  • ₽
  • ₺
  • £

Qəbələdə ağır yol nəqliyyat hadisəsi baş verib, bir nəfər ölüb - VİDEO

Qəbələdə ağır yol nəqliyyat hadisəsi baş verib, bir nəfər ölüb - VİDEO
08.10.2025 16:07

Qəbələnin Bum qəsəbəsində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı bir nəfər vəfat edib, iki nəfər yaralanıb. Bu barədə DİN-də olan etibarlı mənbə anews.az-a bildirib. 

"Oktyabrın 6-da saat 21 radələrində Qəbələ rayonunun Bum qəsəbəsi ərazisində Elvin Qasımovun idarə etdiyi “VAZ-2106” markalı avtomobil dirəyə çırpılıb. Nəticədə sərnişin, 48 yaşlı Cahid Hüseynov aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Sürücü və digər sərnişin, 36 yaşlı Laçın Mahmudov xəsarət alıb. Faktla bağlı cinayət işi başlanılıb", - məlumatda bildirilib.

Avtomobili idarə edən Elvin Qasımov Qəbələ rayonu Qəmərvan kənd sakinidir. 

Hadisənin baş verməsi faktını TƏBİB də təsdiq edib.

Belə ki, qurumdan daxil olan məlumata görə oktyabrın 6-da  saat 21:30 radələrində Qəbələ rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 2 nəfər (kişi cinsli) Qəbələ Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub

1989-cu il və 1993-cü il təvəllüdlü şəxslərə alın sümüyünün sınığı, qapalı kəllə-beyin travması və döş qəfəsinin travması diaqnozu təyin olunub.

"Vəziyyəti orta ağır qiymətləndirilən 1989-cu il təvəllüdlü şəxs cərrahi əməliyyata götürülüb, müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir. 1993-cü il təvəllüdlü şəxsin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir", - TƏBİB açıqlamasında bildirilib.

TƏBİB həmçinin hadisə nəticəsində 1 nəfərin  ölüm faktının qeydə alındığını da təsdiqləyib.

 

Anews.az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol