• $
  • €
  • ₽
  • ₺
  • £

Dəniz suyu insanı öldürücü infeksiyaya yoluxdura bilərmi? - Rəsmi açıqlama

29.05.2020 10:52
Xəzər dənizinin suyunda insan ölümünə səbəb olacaq infeksiya yoxdur.

Bunu Trend-ə Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva Bakıda 2 yaşlı körpənin dənizdə çimdikdən sonra ölməsi barədə yayılan məlumatlara münasibət bildirərkən deyib.

Dənizdə çimdikdən sonra hər hansı bir uşağın xəstələnərək ölməsi barədə məlumatlarının olmadığını deyən A.Əliyeva bildirib ki, dəniz suyunda uşağın ölümünə səbəb olacaq infeksiya yoxdur: "Əgər bu səbəbdən belə bir hadisə olsaydı, bizim bundan mütləq məlumatımız olardı. Ola bilər ki, bu, ara sözüdür. Ancaq hər hansı məsələ tam aydınlaşdırılmalı, ondan sonra bunun səbəbi müəyyənləşdirilməlidir. O da nəzərə alınmalıdır ki, dənizin bütün zonalarında çirklənmə yoxdur”.

Mərkəzin şöbə müdiri Ziyəddin Kazımov isə Trend-ə bildirib ki, uşağın ölümünün dəniz suyunun təsirindən baş verməsini aydınlaşdırmaq üçün ilk növbədə uşağın dənizin hansı hissəsində çimdiyi konkret ünvanla açıqlanmalıdır.

Z.Kazımov deyib ki, Sumqayıt çimərliyində, Bakının Səbail rayonunun Şıx və Qaradağ rayonunun Sahil qəsəbəsinin çimərlik ərazilərində bu il də mikrobioloji baxımdan çirklənmə qeydə alınıb. Bu çimərliklərdə vətəndaşların çimməsi qadağan edilib. Laborator analizlərinin nəticələrinə görə, qalan ərazilər yay mövsümü ilə əlaqədar çimərlik kimi istifadəyə yararlıdır: "Ancaq valideyn konkret olaraq deməlidir ki, uşaq hansı ərazidə çimib. Bu məsələ araşdırılmalıdır. Dəniz suyunda elə bir virus yoxdur ki, o, dəniz suyundan uşağa keçsin və uşaq da rəhmətə getsin”.

Z.Kazımovun sözlərinə görə, hətta çimrəlik hesab olunmayan ərazilərdəki dənuz suyunda belə insanın ölümünə səbəb ola biləcək infeksiya yoxdur.

Xatırladaq ki, yayılan məlumatlara görə, Bakıda 2 yaşlı Həsən Abdulmüslümov dənizdə çimdikdən sonra qusmağa başlayıb, temperaturu yüksəlib və sonra dünyasını dəyişib. Uşağın dayısı Rüfət Quliyev körpənin sağlam olduğunu bildirməklə yanaşı, eyni zamanda, onun qısa bir müddət ərzində dünyasını dəyişdiyini söyləyib.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol