Abituriyentlərin ixtisas seçimi başa çatıb

Ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək hüququ olan abituriyentlərin ixtisas seçimi başa çatıb.
"Report" xəbər verir ki, iyulun 30-dan avqustun 11-i saat 23.59-a kimi 36 624 abituriyent I-IV ixtisas qrupları üzrə elektron ərizələrini təsdiqləyiblər.
Azərbaycan bölməsi üzrə I qrup üzrə 358 (rus bölməsi 1 459), II qrup üzrə 9 971 (rus bölməsi 1 137), III qrup üzrə 9 141 (rus bölməsi 707), IV qrup üzrə 2 670 (rus bölməsi 181) abituriyent ərizələrini təsdiq ediblər.
V qrup və orta ixtisas təhsili müəssisələri üzrə təsdiqlənmiş elektron ərizələrin sayına gəlincə, bu göstərici Azərbaycan bölməsi üzrə 8 209, rus bölməsində 685, ümumilikdə isə 8 884 nəfər təşkil edib.
Xatırladaq ki, ixtisas seçimində ali təhsil müəssisələrinə bütün qruplar üzrə müsabiqə şərtini ödəyən abituriyentlər iştirak edib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























