• $
  • €
  • ₽
  • ₺
  • £

Metroda 57 minə yaxın “BakıKART” satılıb

Metroda 57 minə yaxın “BakıKART” satılıb
12.08.2015 11:10
"Avqustun 12-nə qədər 57 minə yaxın "BakıKART” (plastik) və 2 min 500-dən artıq "BakıKART Məhdud istifadə üçün” yaxın kart satılıb”.

Bu haqda Modern.az saytına "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Onun sözlərinə görə, kartların istər satışı, istərsə də sərnişinlərin bu yeniliyə uyğunlaşması proqnozlaşdırılan axarla davam edir: "Kartlar yeni olduğundan sərnişinlərin yenidən məlumatlandırılmasına və suallarının cavablandırılmasına ehtiyac yaranır. Keçid dövrü üçün bu vəziyyət normal qəbul edilir və xidmətin müvafiq işçiləri, həmçinin "BakıKART”ın təlimatlandırılmış nümayəndələri sərnişinləri lazım olan bütün informasiya ilə təmin edirlər”.

Avqustun 8-də Bakı metropolitenində yeni vahid ödəniş kartlarının istifadəsinə başlanılıb. Yeni kartlar təkcə metropolitendə deyil, eyni zamanda "BakuBus” MMC-yə məxsus avtobus marşrutlarında da tətbiq olunur. Elan edildiyi kimi, yeni vahid ödəniş kartları iki növdə tətbiq edilir: "BakıKART” və "BakıKART məhdud istifadə üçün” kartları. Bu kartları metropolitendə bütün stansiyaların vestibüllərində və paytaxt dayanacaqlarında quraşdırılmış yeni terminallardan əldə etmək mümkündür.
Qiymətlərə gəlincə, "BakıKART”ın (plastik kart) satışı 2 manat, "BakıKART məhdud istifadə üçün” kartının satışı isə 20 qəpikdir. Bir gediş haqqının qiyməti dəyişməyib. Sərnişinlər hər gediş üçün 20 qəpik yükləyirlər.
Qeyd edək ki, plastik "BakıKART” metrodan daim istifadə edən sərnişinlər üçün sərfəlidir.

"BakıKART məhdud istifadə üçün” kartı isə əsasən şəhərimizin qonaqları, turistlər və metrodan az istifadə edənlərə sərf edər. Bu növ karta yalnız satın alındığı zaman 1, 2, 3 və ya 4 gediş yükləmək mümkündür. Onun balansının artırılması mümkün deyildir.
Hər iki növ kart heç bir halda geri qaytarılmır.
Qeyd edək ki, sərnişinlərin maraqları nəzərə alınaraq, onların hazırda istifadə etdikləri "METRO KART”lardan istifadə müddəti və qaydaları da açıqlanıb.
"METRO KART” ın balansında olan gediş haqqı sentyabrın 30-na qədər etibarlıdır. Sərnişinlər "METRO KART”ı qaytarmaq istəsələr, avqustun 15-nə kimi stansiyaların kassalarına yaxınlaşaraq, kartı qaytarıb onun girov dəyərini geri ala bilərlər. Bundan savayı, hər bir sərnişin avqustun 15-dən sentyabrın 30-na kimi stansiyalardakı kassalarda "METRO KART”ın girov dəyərini yalnız gediş haqqı kimi istifadə edə biləcək. Bunun üçün o, yeni "BakıKART”la birlikdə «METRO KART»ı stansiyalardakı kassalara verir və girov dəyərini yüklətdirir.
Sentyabrın 30-dan "METRO KART”ın istifadəsi dayandırılacaq və onu istifadə etmək mümkün olmayacaq.

Onu da əlavə edək ki, "METRO KART” və "BakıKART”larla əlaqəli yaranmış problemlə bağlı "20 Yanvar”, "Cəfər Cabbarlı”, "Nəriman Nərimanov” və "Neftçilər” stansiyalarında fəaliyyətdə olan "KART-ANALİZ” mərkəzlərinə, yaxud *4343 telefon nömrəsinə və ya www.bakikart.az veb səhifəsinə müraciət edə bilərsiniz.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol