• $
  • €
  • ₽
  • ₺
  • £

"Rasim Əliyevi əməliyyat edən həkim qanun qarşısında cavab verməlidir"

"Rasim Əliyevi əməliyyat edən həkim qanun qarşısında cavab verməlidir"
12.08.2015 15:09
Jurnalist Rasim Əliyevin əməliyyatını aparan həkim daşımış olduğu məsuliyyətinə görə, qanun qarşısında cavab verməlidir.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin üzvü, millət vəkili Fəzail Ağamalı deyib.

R.Əliyevin xəstəxanada verdiyi müsahibə zamanı normal vəziyyətdə olduğunu xatırladan deputat hesab edir ki, həkimlər daha peşəkar və diqqətli olsaydılar, mərhumu xilas etmək mümkün ola bilərdi: "Jurnalistin video-müsahibəsinə baxmışdım. O, çox sərbəst və səlis danışırdı. Onu ölüm gözləmirdi. Sonradan bəlli oldu ki, daxili qanaxma nəticəsində o dünyasını dəyişib. Etiraf etmək lazımdır ki, R.Əliyev ya ona baxan həkimlərin qeyri-peşəkarlığı, ya da diqqətsizliyindən həyatını itirdi. Həkimlər daha diqqətli olaraq, daha peşəkarlıq göstərərək onun həyatını xilas edə bilərdilər”.

Millət vəkilinin fikrincə, R.Əliyevin ölüm işi ilə bağlı aparılan istintaqda həkim məsuliyyətsizliyi diqqətdən kənarda qalmayacaq: "Yəqin ki, həkim məsuliyyətsilziyi ayrıca bir hal kimi istintaq materiallarına əlavə olunacaq və istintaq bu hallara aydınlıq gətirəcək. Təəssüf edirəm ki, həkimlərin diqqətsizliyindən baş verən ölüm halları zamanı onlar nadir hallarda məsuliyyətə cəlb olunurlar”.

Qeyd edək ki, avqustun 8-də "Qəbələ" klubunun futbolçusu Cavid Hüseynovun qohumları tərəfindən döyüldüyünü iddia edən jurnalist avqustun 9-da xəstəxanada dünyasını dəyişib. Döyülərək ağır bədən xəsarətləri aldığını deyən jurnalist 1 saylı Şəhər (Semaşko) Kliniki Xəstəxanasına yerləşdirilmişdi.
www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol