• $
  • €
  • ₽
  • ₺
  • £

"Rasim Əliyevi əməliyyat edən həkimə 1 ildən 3 ilə kimi həbs verilə bilər"

"Rasim Əliyevi əməliyyat edən həkimə 1 ildən 3 ilə kimi həbs verilə bilər"
28.05.2020 21:14
Jurnalist Rasim Əliyevi əməliyyat edən həkim 1 ildən 3 ilə kimi müddətə azadlıqdan məhrum oluna bilər.

Bunu Trend-ə açıqlamasında hüquqşünas Nicat Gözəlov deyib. Onun sözlərinə görə, mərhum R.Əliyevə vaxtında tibbi yardım göstərilməməsi sübuta yetirilmiş olarsa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 142.3-cü maddəsinə əsasən həkimə qarşı cinayət işi açıla bilər.

O bildirib ki, bütün bunlar istintaq prosesinin gedişində müəyyən olunacaq: "Cinayət Məcəlləsində xəstəyə kömək göstərilməməsi barədə (142.3) maddə var. Əgər bu maddə istintaq zamanı aşkara çıxarılarsa, R.Əliyevi əməliyyat edən həkim məsuliyyətə cəlb olunmalıdır. Bu məqamlar çox dəqiq aşkar olunmalıdır”.

N.Gözəlovun sözlərinə görə, mərhum jurnalistin ölüm işində bəzi ziddiyətli məqamlar var: "Yəqin ki, istintaq zamanı dindirilmədə bütün bu ziddiyətli məqamlar aşkara çıxacaq. Ziddiyətli məqam odur ki, R.Əliyevin valideyinlərinin, həkimlərin və dostlarının dedikləri üst-üstə düşmür. Bu isə biraz məsələni qəlizləşdirir. Amma əminəm ki, hüquq-mühafizə orqanlarının araşdırması zamanı bunlar həllini tapacaq. Hesab ediəm ki, o zaman həkimin R.Əliyevə vaxtında tibbi yardım göstərib-göstərmədiyi ortaya çıxacaq. Bundan sonra isə həkimin günahkar olub-olmaması bilinəcək”.

Qeyd edək ki, avqustun 8-də "Qəbələ" klubunun futbolçusu Cavid Hüseynovun qohumları tərəfindən döyüldüyünü iddia edən jurnalist avqustun 9-da xəstəxanada dünyasını dəyişib. Döyülərək ağır bədən xəsarətləri alan jurnalist 1 saylı Şəhər (Semaşko) Kliniki Xəstəxanasına yerləşdirilmişdi.
www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol