Bakıda qadın satıcı 50 min manatlıq qızıl oğurladı

Bakının Səbail rayonunda yerləşən Mərkəzi Univermaqdan oğurluq edilib.
"Report”un xəbərinə görə, həmin univermaqda qızıl alqı-satqısı ilə məşğul olan Vidadi Rəhimov satış üçün nəzərdə tutulan dəyəri 50 min manat olan qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat verib.
İlkin araşdırmalar zamanı qızılların Vidadi Rəhimovun satıcısı Sevda Qəhrəmanova tərəfindən götürüldüyü məlum olub.
Faktla bağlı Səbail Rayon Polis İdarəsinin (RPİ) 9-cu Polis Bölməsinin əməkdaşları araşdırmaları davam etdirir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























