• $
  • €
  • ₽
  • ₺
  • £

Qəbələdə arxeoloqlar ilk dəmir dövrünə aid materiallar aşkar edib

Qəbələdə arxeoloqlar ilk dəmir dövrünə aid materiallar aşkar edib
28.05.2020 20:27
Qəbələdə növbəti dəfə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən arxeoloji tədqiqatlar aparılır.
 
AMEA-dan APA-ya verilən xəbərə görə, Qəbələ şəhərinin ərazisində SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının dəstəyi ilə aparılan arxeoloji qazıntılar zamanı yeni maddi-mədəniyyət nümunələri aşkarlanıb.

Qazıntılar Arxeologiya və Etnoqrafiya İnstitutunun Antik dövr arxeologiyası şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü İlyas Babayevin rəhbərliyi ilə Çuxur Qəbələnin Səlbir və Güllütəpə adlanan ərazisində aparılıb.

İ. Babayevin bildirdiyinə görə, tədqiqatlar nəticəsində ən çox diqqəti cəlb edən onlarla küpdən ibarət taxıl anbarının və ilk dəmir dövrünə aid materialların aşkar olunmasıdır.

Əldə olunan yeni eksponatlar Qəbələ Arxeoloji Mərkəzində ən müasir texnologiyalarla təchiz edilmiş laboratoriyalarda bərpa olunduqdan sonra nümayiş etdiriləcək.

Qeyd edək ki, arxeoloji qazıntılar zamanı əldə olunan 2 minə yaxın eksponat Arxeoloji Mərkəzdə sərgidə nümayiş etdirilir.

Bütün eksponatlar haqqında dövri hesabatlar və tapıntı kitabları nəşr olunub.
www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol