Bakıda polislərin avtomobilini vurub qaçan iki nəfər saxlanılıb

Bakıda "Saxla" əmrinə tabe olmayan iki nəfər saxlanılıb.
"Report" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, bu gün saat 01 radələrində Binəqədi rayonunun Xocəsən qəsəbəsində "Fiat Dobla" markalı avtopatrulda xidmət aparan polis əməkdaşları üzərində dövlət qeydiyyat nişanları olmayan "Pegout" markalı avtomobilin sürücüsünə "Saxla" işarəsi verib, lakin hərəkəti davam etdirən sürücü xidməti avtomobili vurub hadisə yerindən qaçmağa cəhd göstərib.
Görülən tədbirlərlə sürücü Ziya Rəhimli və sərnişini Mükafat Ağayev saxlanılıblar. Avtomobilə baxış zamanı süngü-bıçaq, cib bıçağı, 2 ədəd göz yerləri açılan idman papağı və avtomobilin dövlət qeydiyyat nişanları aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























