• $
  • €
  • ₽
  • ₺
  • £

Cahangir Məmmədli: "Jurnalistika ixtisasına qabiliyyət imtahanı ləğv olunmalıdır"

Cahangir Məmmədli: "Jurnalistika ixtisasına qabiliyyət imtahanı ləğv olunmalıdır"
14.08.2015 17:11
"Azərbaycanda jurnalistika ixtisasına qəbul prosesində həyata keçirilən qabiliyyət imtahanından az sayda abituriyentin keçməsi bu vasitənin özünü doğrultmadığını göstərdi".
 
Bunu "Report"a açıqlamasında Bakı Dövlət Universitetinin (BDU) Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli deyib.

"Biz hamımız cəhd göstərdik ki, jurnalistika fakültəsinə qabiliyyət imtahanları tətbiq olunsun. Əslində, yaradıcılıq tələb edən ixtisas olduğuna görə qabiliyyət imtahanı lazımdır. Ötən il qabiliyyət imtahanından az sayda abituriyentin keçməsinin təsadüf olduğunu hesab etdim. Bu il də eyni vəziyyət yarandı və bu halın təsadüf olmadığını düşünürəm", - kafedra müdiri bildirib. 

C.Məmmədli əlavə edib ki, əgər fakültəyə qabiliyyət imtahanı ilə bağlı iki il eyni problem yaranırsa, deməli, prosesdə nöqsanlar var: "Nöqsanlardan ən başlıcası imtahan götürən adamların pedaqoji peşəkarlığının olmamasıdır. İmtahan götürən insanlar jurnalistikaya həvəslə gələn abituriyentlərdən çox yüksək, az qala özlərinin səviyyəsində peşəkarlıq tələb edirlər. Bu fikri ötən il səsləndirdiyimiz üçün elə bilirdik ki, TQDK imtahan prosesində müəyyən dərəcədə dəyişiklik edəcək. Ərizə verən və qabiliyyət imtahanından keçmək arzusunda olanların böyük hissəsi yenə keçmədi. Bu o deməkdir ki, qabiliyyət imtahanı özünü doğrultmur".

Professor Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadənin "qabiliyyət imtahanı olacağı halda fakültəyə bilikləri zəif olan abituriyentlər gələcəklər" fikrinin özünü doğrultduğunu vurğulayıb: "Həqiqətən keçən il də aşağı bal yığan abituriyentlər jurnalistikaya gəldilər. Onların ümumi dünyagörüşü, bilik səviyyəsi bizi təmin etmədi. Bu il də eyni vəziyyət yaranıb. Bu hal narahatlıq yaradır. Jurnalistika fakültəsində dərs deyən bir müəllim kimi bunun şahidiyəm. İstərdim ki, qaydaların üzərində yenidən işlənsin, yeni qaydalar müəyyənləşdirilsin. Əgər mümkün deyilsə, növbəti ildən qabiliyyət imtahanı tamamilə götürülsün".

Qeyd edək ki, 2015-2016-cı tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrində jurnalistika ixtisası üzrə 198 plan yeri ayrılıb. Onların da 90-ı dövlət sifarişli, 108-i isə ödənişli əsaslarladır. Lakin jurnalistika ixtisasına qəbul prosesində qabiliyyət imtahanının olması vəziyyəti xeyli mürəkkəbləşdirib. Belə ki, bu il qabiliyyət imtahanında iştirak etmək hüququ qazanmış 341 abituriyentdən 178 nəfəri ümumiyyətlə imtahana gəlməyib. İmtahanda iştirak edən 163 abituriyentdən isə cəmi 57 nəfəri məqbul qiymət alıb. Onlardan 51 nəfəri Azərbaycan, 6 nəfəri isə rus bölməsinin abituriyentləridir.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol