• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda Həcc ziyarətinə olan maraq azalıb

Azərbaycanda Həcc ziyarətinə olan maraq azalıb
17.08.2015 14:14
Ölkədə müqəddəs torpaqlara səfər etmək istəyən 2400 nəfər tapılmır.

Azərbaycanda ilk dəfə olaraq Həcc ziyarətinə ayrılan zəvvar yerləri üçün kvota dolmayıb.


Qafqaz Müsəlmanları İdarəsindən APA-ya verilən məlumata görə, Həcc ziyarəti üçün sənəd qəbulunun vaxtı bu ayın sonuna qədər bir daha uzadılıb.

Buna səbəb ziyarət üçün Azərbaycandan ayrılmış 2400 nəfərlik kvota hələ də dolmamasıdır.

Ötən ilə qədər Azərbaycanda Həcc ziyarəti üçün fevralın sonunda elan olunan sənəd qəbulu mayın sonu yekunlaşıb.

Ötən ilki kvota 4 minə yaxın olub, ziyarət xərcləri isə təklif olunan variantlar üzrə 3250 manat və 4150 manat olub.

Qeyd edək ki, bu il sənəd qəbulu martın 11-də başlayıb. Azərbaycandan Həcc ziyarətinə səfər sentyabrın 11-də başlayacaq. Hər il olduğu kimi, bu il də zəvvarlara ziyarət iki formada təklif olunur.

Daha yaxşı şəraitli hotellərdə qalmaq, yeməklərlə təmin olunmaq, o cümlədən hotellərdə 4 nəfərlik otaqlarda yerləşdirmə xərci 5750 dollar, nisbətən ucuz, 6 nəfərlik hotellərdə qalmaq üçün təklif olunan variant isə 4700 dollardır.

Zəvvarlardan sənəd qəbulu üçün pasport, şəxsiyyət vəsiqəsinin surəti, 3x4 sm ölçüdə 4 ədəd fotoşəkil və sağlamlıq haqqında arayış tələb olunur. Sənədlərin qəbulu yalnız QMİ-də aparılır.

Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar ziyarət yalnız təyyarə ilə baş tutacaq.

Uçuşları AZAL həyata keçirəcək. Bu il ilk dəfə olaraq ziyarət xərcləri ABŞ dolları ilə aparılır.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol