• $
  • €
  • ₽
  • ₺
  • £

Binəqədidə yanan binanın sakinlərinə məişət əşyalarının verilməyəcəyi açıqlandı

Binəqədidə yanan binanın sakinlərinə məişət əşyalarının verilməyəcəyi açıqlandı
17.08.2015 16:36
 Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında Azadlıq prospekti 200/36 ünvanında yerləşən çoxmərtəbəli binada yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının üzvləri bina sakinləri ilə görüşüb.

Bu barədə "Report"a görüşdə iştirak edən sakinlərdən biri məlumat verib.

Görüşdə baş nazirin müavini, Dövlət Komissiyasının sədri Abid Şərifov, Binəqədi Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Xaləddin İsgəndərov, RİH-in Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ramiz Göyüşov və digər rəsmilər iştirak edib.

Sakin həmçinin qeyd edib ki, mənzilindəki bütün əşyaları yanan vətəndaşlardan biri dövlətin onun daşınar əmlakı üçün ödəniş edib-etməyəcəyini soruşub: "Abid Şərifov cavab verdi ki, hesabınıza 20 min manat ilkin ödəniş köçürülüb, həmin pulla alarsız. Amma bu ilkin ödəniş bizə psixoloji, mənəvi dəyən ziyana görə ödənilib. Biz hələ də özümüzə gəlməmişik. İlkin ödənilən pul çoxdan xərclənib. Kreditlərimizi ödədik, müalicələrimizə xərclədik, yeməyimiz, geyimimiz, dərmanımızı bu müddət ərzində həmin pullarla ödədik. İndi də bizə deyirlər ki, sizə televizor, soyuducu, kondisoner verməyəcəyik. Televizorda baxırıq, deyirlər ki, hər şeyi verəcəyik".

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol