• $
  • €
  • ₽
  • ₺
  • £

Yol polisi Bakının binalarındakı gizli radarlara aydınlıq gətirdi

Yol polisi Bakının binalarındakı gizli radarlara aydınlıq gətirdi
18.08.2015 14:24
Yol polisi Bakıda yaşayış binalarında gizli radarların quraşdırılması məsələsinə aydınlıq gətirib.

Trend xəbər verir ki, son günlər sosial şəbəkələrdə və KİV-lərdə paytaxtdakı çoxmərtəbəli yaşayış binalarının damlarında gizli radarların quraşdırılması ilə bağlı məlumatlar yer alıb. Bununla bağlı Trend-in sorğusunu cavablandıran Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, bu məlumatlar həqiqətə uyğun deyil: "Əgər binalarda hansısa cihazlar və kameralar quraşdırılıbsa, əminliklə deyirəm ki, onlar yol hərəkətində nəzarətin həyata keçirilməsi üçün nəzərdə tutulan sürət radarları deyil. Onlar müxtəlif qurumlar tərəfindən quraşdırılan müşahidə və ya təhlükəsizlik kameralarıdır”.

Bölmə rəisi qeyd edib ki, qanuna əsasən yollarda gizli radarlar quraşdırmaq olmaz. Əgər yollarda sürət radarları quraşdırılırsa, ondan bir neçə metr qarşıda bunu bildirən müvafiq yol nişanı qoyulur.
www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol