• $
  • €
  • ₽
  • ₺
  • £

Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri vəfat edib

Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri vəfat edib
19.08.2015 11:12
Azərbaycan Sahibkarlıq, Özəl və Elm Müəssisələri İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Tofiq Quliyev vəfat edib.
 
"Report"un xəbərinə görə, T.Quliyev 73 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Quliyev Tofiq Əşrəf oğlu 1942-ci ildə anadan olub, 1966-cı ildə Asəf Zeynallı adına musiqi məktəbini və 1975-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirib.

1958-ci ildən əmək fəaliyyətinə fəhlə kimi başlayaraq müxtəlif vəzifələrdə çalışıb, 1970-ci ildə Lenin adına Toxuculuq Kombinatının Mədəniyyət klubuna müdir təyin edilib. 1973-cü ildən 2002-ci ilin noyabr ayına kimi Respublika Müəllimlər evinin direktoru işləyib.

1977-ci ildən 2000-ci il tarixinə kimi Azərbaycan Respublikasının Ali Məhkəməsinin Xalq İcraçılar Şurasının sədri vəzifəsində çalışıb.

2002-ci ildə Azərbaycan Sahibkarlıq və Elm, Elmi-İstehsalat Müəssisələri İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri seçilib. Sahə Həmkarlar İttifaqı Respublika Komitəsinin V Konfransında (noyabr 2007-ci il) yenidən həmin vəzifəyə seçilib. AHİK-in Məclis və İcraiyyə Komitəsinin üzvü olub.

Əmək fəaliyyəti ərzində "Həmkarlar İttifaqlarının mədəni-maarif müəssisələrində əla fəaliyyətinə görə", "Kəndə mədəni hamilik əlaçısı", "Silahlı qüvvələrə mədəni hamilik əlaçısı" döş nişanları ilə, "Xalqlar dostluğu" ordeni, "Əməkdar mədəniyyət işçisi" fəxri adı və "Azərbaycan Həmkarlar İttifaqlarının 100 illik yubiley" medalı ilə təltif edilib.
www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol