• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın əməkdar iqtisadçısı vəfat etdi

Azərbaycanın əməkdar iqtisadçısı vəfat etdi
22.08.2015 09:22
Azərbaycanın görkəmli maliyyə işçisi və əməkdar iqtisadçısı Vəfadar Rzayev vəfat edib. 

Oxu.Az xəbər verir ki, V. Rzayev  17 il maliyyə nazirin birinci müavini vəzifəsində çalışıb, o cümlədən həmin dövrün son illərində nazir vəzifəsini icra edib.

Vəfadar Əziz oğlu Rzayev 1933-cü ilin 20 mart tarixində Xızı rayonunda anadan olub. 

Azərbaycanın maliyyə-bank sistemində 50 ildən çox çalışıb. 

1952-ci ildə 19 yaşında maliyyə sahəsində baş büdcə inspektoru vəzifəsində öz fəaliyyətinə başlayıb. 

1957-1959-cu illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin büdcə idarəsinin inspektoru olub. 

1959-1971-ci illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin sosial sahələrin planlaşması və maliyyələşməsı idarəsinin rəisi - kollegiya üzvü vəzifəsində çalışıb. 
 
1971-1987-ci illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyində birinci müavin vəzifəsində çalışıb. 

1987-ci ildə Azərbaycanda ilk dəfə  olaraq "Azəbaycan Aqrar-Sənaye Bank”-nın baş idarəsini və 65 rayon üzrə şöbələrini yaratmış və 1992-ci ilin  oktyabr ayına qədər həmin bankın idarə heyətinin sədri olub. 

Qeyd edək ki, mühim dövlət işi ilə yanaşı maliyyə-kredit orqanları üçün ixtisaslı kadrların hazırlanması işindədə onun böyük əməyi olub.

V.Rzayev 15 il Azərbaycan Dövlət İqtisad Univerisitetində maliyyə və dövlət budcəsi fənnləri uzrə baş muəllim və dövlət buraxılış imtahan komissiyasının sədri olub. 

Azərbaycanın maliyyə-bank sahəsində müstəsna xidmətlərinə görə V.Rzayev bir çox dövlət ordeni və medallara, fəxri fərman, əməkdar iqtisadçı, əmək veteranı, SSRI əla maliyyəçisi nişanına layiq görülmüş 3-cü çağırış Bakı şəhər sovetinin deputatı olub. 

Onu da əlavə edək ki, V.Rzayev 2015-ci il 21 avqust  tarixində son illər ərzində çəkdiyi xəstəlikdən 82 yaşında vəfat etdi.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol