• $
  • €
  • ₽
  • ₺
  • £

Şəkidə 7 nəfərlik ailə Suriyaya necə gedib? - TƏFƏRRÜAT

Şəkidə 7 nəfərlik ailə Suriyaya necə gedib? - TƏFƏRRÜAT
22.08.2015 10:16
Şəkidə bir ailənin 7 üzvünün Türkiyədə yaşamaq adı ilə Suriyaya getməsinin təfərrüatı üzə çıxıb.

ANN.Az Axar.az-a istinadən xəbər verir ki, rayonun Cuma kənd sakini olan Rövşən Səfərov bu il mayın 12-də ailəsini götürərək ölkəni tərk edib. 

Onlara gedişdə kömək göstərən qardaşı Elnur Səfərov isə Şəkidə həbs olunub. Onun barəsində üç aylıq həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) ilə ittiham edilir. 

R.Səfərovla birlikdə həyat yoldaşı Vüsalə Səfərova, qızları - Dünya, Dərya, Damla və Dina da gediblər. Onlara Rövşənin anası Firəngiz Səfərova da qoşulub. Bu ailənin ölkədən getməsində evin kiçik oğlu - Elnur Səfərov iştirak edib. Elnur şəxsi avtomobili ilə onları Gürcüstana aparıb, oradan Türkiyəyə yollanıblar. Özü isə Şəkiyə qayıdıb.

Atası Səlim Səfərovun dediyinə görə, ailə üzvləri Sakarya şəhərinə gediblər:

"Mayın 12-dən telefon bağlantımız olmayıb. Bir dəfə Rövşən Vatsapla səsini göndərib ki, çatmışıq. Onların getməyinə razı deyildim. Mənə də təklif etdilər ki, gedək Türkiyədə yaşayaq, istəmədim.

Rövşən anasını da apardı ki, ilk vaxtlarda uşaqlara baxmaq çətin olacaq, köməklik etsin, sonra qayıdar. Türkiyədə dostu Seymur var. Rövşənə deyirmiş ki, burda mədrəsələr var, uşaqları oxumağa qoyarsan, məscidlər çoxdur. Rövşən də, Elnur da namaz qılandırlar. Onlar tez-tez dini müzakirələr aparırdılar”.

S.Səfərov şübhələnir ki, ailəsi Suriyaya gedib: 

"Belə təxminimiz var, gələn məlumatlar da belə deyir. Ancaq heç bir əlaqə qura bilməmişik ki, yerini dəqiq öyrənim.

Üç ay, səkkiz gündür ki, xəbər tuta bilmirəm. Elnur onları Tiflisə aparıb. Rövşənin qayınanası Sona Hüsnəliyeva da ondan polisə şikayət edib ki, onları sən Suriyaya göndərmisən. Əlində heç bir fakt olmadan şikayət ərizəsi verib, indi də peşman olub, geri götürmək istəyir. Rövşəngil mayın 12-də gedib. Elnuru isə 2 ay sonra - iyulun 12-də tutublar.

Ona narkotik ittihamı verilib. Şəkinin İstintaq Təcridxanasında saxlanılır. Elnur Sonaya deyirdi ki, öz maşını ilə aparmasa, özləri də Türkiyəyə gedə bilərdilər”.

S.Səfərovun sözlərinə görə, oğlu Rövşən 2008-ci ildə Bakıdakı "Sədərək” yarmarkasında ticarətlə məşğul olub: 

"Hətta ticarət məqsədilə dəfələrlə Suriyanın Dəməşq, Hələb şəhərlərinə gedib-gəlib. Övladlarımızın heç vaxt dini sektalarla əlaqəsi olmayıb. Rövşən həmişə istəyirdi ki, uşaqları Türkiyəyə aparsın, orda mədrəsədə təhsil alsınlar”. 





www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol