• $
  • €
  • ₽
  • ₺
  • £

"Bulvar İdarəsi nə qiymət qoyan, nə də onu aşağı salan qurum deyil"

"Bulvar İdarəsi nə qiymət qoyan, nə də onu aşağı salan qurum deyil"
24.08.2015 14:35
Milli Parkda fəaliyyət göstərən heç bir obyekt müştəriyə zorla məhsul sata bilməz.
 
Bunu Trend-ə açıqlamasında Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov deyib.

Onun sözlərinə görə, Milli Parkda müştərilərə zorla məhsul satan kafe və restoranlara bir müddət əvvəl xəbərdarlıq edilsə də belə hallara hələ də rast gəlinir. O, bildirdi ki, bu cür hallarla rastlaşdıqlarında Dənizkənarı Bulvar İdarəsi dərhal, həmin obyektləri cəzalandırır: "Heç bir obyekt müştəriyə çayın yanında dondurma da almalısan deyə bilməz. Bu insanların hüquqlarını pozmaqdır. Belə hallarla əvvəllər də rastlaşırdıq, hazırda da rastlaşırıq. Belə zənglər olur, şikayətlər yerindəcə araşdırılır və dərhal da təqsirkarlar cəzalandırılır. Bəzən xidmətçi, bəzən isə adminstrator işdən azad edilir. Biz bu cür hallara qarşı mübarizə aparmışıq və yenə də aparacağıq”.

Milli parkdakı obyektlrədə çay və digər məhsulların qiymətlərin bahalığına gəlincə N.Məcidov bu məsələnin onların səlahiyyətində olmadığını qeyd etdi. Onun sözlərinə görə, Bulvar İdarəsi heç bir obyekt rəhbərinə qiymətləri aşağı salmaq üçün göstəriş verə bilməz: "Ümumiyyətlə sahibkarın hansı malı neçəyə satması bizə aid olan məsələ deyil. Biz sadəcə olaraq sahibkarlara tövsiyə verə bilərik. Deyə bilərik ki, sadə çay 2 manat olsun, menyu yazılsın və sifarişçiyə əvvəlcədən təqdim olunsun. Yəni Bulvar İdarəsi nə qiymət qoyan, nə də qiyməti aşağı salan bir qurum deyil. Azərbaycanda qiymətlərə müdaxilə edən Tarif Şurası var və qiymətləri onlar tənzimləyir. Və heç kəsin qiyməti nə artırmağa, nə də azaltmağa ixtiyarı yoxdur”.
www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol