• $
  • €
  • ₽
  • ₺
  • £

Parlament seçkisinə nə qədər vəsait ayrılıb?

Parlament seçkisinə nə qədər vəsait ayrılıb?
24.08.2015 17:53
Bu il noyabrın 1-də Milli Məclisə keçiriləcək seçki üçün dövlət büdcəsindən 41 milyon 800 min manat xərclənməsi nəzərdə tutulub.
 
Transparency.az qeyd edir ki, ümumilikdə 2015-ci ildə seçicilərin qeydiyyatı, seçici siyahılarının dəqiqləşdirilməsi, ölkə miqyaslı siyahıyaalınma və statistika sahəsində islahatlar, seçki orqanlarının saxlanması da daxil olmaqla seçkiyə dövlət büdcəsindən 62 milyon 200 min manat ayrılıb.

1 noyabr seçkisi Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən bəri 5-ci parlament seçkisi olacaq. Əvvəlki seçkilər 1995-ci il noyabrın 12-də, 2000-ci il noyabrın 5-də, 2005-ci il noyabrın 6-da, 2010-cu il noyabrın 7-də olub.

Azərbaycan Respublikası Konstitusiyasına əsasən, ölkədə qanunvericilik hakimiyyətini həyata keçirən Milli Məclis 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi ilə seçilirlər.

Azərbaycan Respublikasının yaşı 25-dən aşağı olmayan hər bir vətəndaşı (ikili vətəndaşlığı olan, başqa dövlətlər qarşısında öhdəliyi olan, icra və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər, din xadimləri, fəaliyyət qabiliyyətsizliyi məhkəmədə təsdiq edilən, ağır cinayətlərə görə məhkum olunmuş şəxslər, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslər çıxılmaqla) Milli Məclisin deputatı seçilə bilər.
www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol