• $
  • €
  • ₽
  • ₺
  • £

Montoneqro hava limanı Azərbaycandan üzr istədi

Montoneqro hava limanı Azərbaycandan üzr istədi
25.08.2015 11:31
Montoneqro Tivat hava limanında baş vermiş hadisə ilə bağlı Azərbaycan tərəfindən üzr istəyib.

Bu barədə Oxu.Az Azərbaycan XİN-nin mətbuat katibi Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, bir qrup Azərbaycan Respublikası vətəndaşı Xarici İşlər Nazirliyinə müraciət edərək Monteneqronun Tivat hava limanından çarter reysi ilə Bakıya uçuş edən zaman YM6184 saylı reys barəsində hava limanının mərkəzi məlumat lövhəsində Bakı şəhərinin əvəzinə İrəvan yazılmasından ciddi narahat olduqlarını bildiriblər.

"Əsasən ailə üzvləri ilə birlikdə turist səfərində olan Azərbaycan Respublikası vətəndaşları tərəfindən təhlükəsizlik məsələlərini nəzərə alaraq, hava limanının nümayəndələrinə bu narahatlıq ifadə olunsa da, məlumat lövhəsində lazımı düzəlişlər edilməyib.

Azərbaycan Respublikası vətəndaşlarının narahatlığını nəzərə alaraq, Azərbaycan Respublikasının Monteneqrodakı diplomatik nümayəndəliyi məsələ ilə əlaqədar Tivat hava limanının rəhbərliyinə müraciət edib.

Tivat hava limanının direktoru Damir Pinjatic tərəfindən diplomatik nümayəndəliyimizə göndərilmiş məktubda Tivat hava limanının rəhbərliyi adından Azərbaycan vətəndaşlarının haqlı narahatlığı və narazılığına səbəb olan bu məsələyə görə rəsmi qaydada üzrxahlıq ifadə olunub.

Bunun heç bir halda məqsədyönlü xarakter daşımadığı, gərgin uçuş dövründə əməkdaşlardan birinin mexaniki səhvi əsasında baş verdiyi və həmin əməkdaş barəsində inzibati tənbeh tədbirlərinin görüldüyü bildirilib.

Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə olan zaman qanuni əsasda hüquqlarının qorunması və lazımı konsulluq dəstəyinin göstərilməsi Xarici İşlər Nazirliyi və diplomatik nümayəndəliklərimizin prioritet vəzifələrindən biridir”, - deyə, o, bildirib.
www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol