Nikah qaydasındakı yeniliklə bağlı İLK RƏSMİ HESABAT

Səhiyyə Nazirliyinin mətbuat xidməti avqustun 26-da bəyan edib ki, 1 iyun 2015-ci ildən bu günə kimi nikaha daxil olmaq istəyən 33412 nəfər tibbi müayinədən keçib. Müayinədən keçən şəxslərin əksəriyyətinin sağlıq durumu qənaətbəxş olub.
Tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə Səhiyyə Nazirliyinin müəyyən etdiyi dövlət tibb müəssisəsində həyata keçirilir. Tibbi müayinənin keçirilməsi və məsləhətlərin verilməsi pulsuz aparılır.
Ötən il oktyabrın 17-də Milli Məclis Ailə Məcəlləsinə dəyişikliklər edib. Yeniliyə əsasən, nikaha daxil olmaq istəyən şəxslər müvafiq icra hakimiyyəti orqanına təqdim etdikləri ərizəyə tibbi müayinədən keçdiklərini təsdiq edən arayış da əlavə etməlidir. Bu arayışın təqdim olunmaması nikahın bağlanmasına mane olan hallar sırasına daxil edilib.
Digər dəyişikliyə görə, nikaha daxil olan şəxslərdən biri özündə zöhrəvi xəstəliyin və immun çatışmazlığı virusunun törətdiyi xəstəliyin olmasını o biri tərəfdən gizlətdikdə digər tərəf nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər.
Tibbi müayinə zamanı yoxlanışdan keçirilən xəstəliklər bunlardır: hemoqlobinopatiyalar (böyük beta-talassemiya, aralıq beta-talassemiya, drepanotalassemiya, oraqvari hüceyrəli anemiya); İİV/QİÇS; sifilis.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























