Milli Məclis deputatlarının məzuniyyəti başa çatıb

Azərbaycan Milli Məclisinin deputatlarının məzuniyyəti başa çatıb.
"Report" xəbər verir ki, MM-in Daxili Nizamnaməsinə əsasən, iyulun 15-də başlayan tətil avqustun 30-da yekunlaşıb.
"Deputatın statusu haqqında" qanuna əsasən, deputatlara məzuniyyətdə olduğu zaman müalicə olunmaları və istirahət etmələri üçün iki aylıq vəzifə maaşı məbləğində müavinət verilib. Milli Məclisin sədri 4 500, komitə sədrləri 3 600 manat, MM sədrinin müavini 3825 manat, sədrin birinci müavini 4050 manat, sıravi deputatlar isə 3150 manat müavinət alıb.
Milli Məclisin payız sessiyası işinə sentyabrın 30-da başlayacaq.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























