• $
  • €
  • ₽
  • ₺
  • £

Tanınmış holdinqdən 65 min dollar oğurlandı

Tanınmış holdinqdən 65 min dollar oğurlandı
31.08.2015 11:13
Bakıda tanınmış holdinqdən külli məbləğdə pul oğurlanıb. Bu barədə "Report”a Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsindən məlumat verilib.

Belə ki, "Qaraçay Holdinq”in Xətai rayonunda yerləşən ofisindən içərisində 65 min dollar olan seyf oğurlanıb.
Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, "Qaraçay Holdinq”in fəaliyyət dairəsinə kənd təsərrüfatı, inşaat və kənd təsərrüfatı texnikasının satışı, atçılıq idmanı və digər sahələr daxildir.
10-a yaxın şirkətdən ibarət "Qaraçay Holdinq” Azərbaycanın 18 nazirliyi və bir çox hökumət orqanları ilə əməkdaşlıq edir.

Holdinqin tərkibinə "Garachay Construction” (tikinti, layihələndirmə, dizayn və s.), "Original motors” (inşaat və kənd təsərrüfatı texnikasının satışı), "Turyancay Fermer” (postsovet məkanda ən iri fermalardan biri kimi tanınan maldarlıq ferması - burada 3000-dən çox mal-qara mövcuddur, burada həmçinin 10 hektar sahə meyvə, giləmeyvə, tərəvəz və s. bitkilərin yetişdirilməsi üçün istixananın yaradılması, süd istehsalı nəzərdə tutulub), "Beyaz” (özəl sifarışlərin icra olunması ilə məşğul olan tikinti şirkəti), "Arzu” atçılıq klubu (müxtəlif cinsli, sayı 50-yə yaxın atın bəsləndiyi atçılıq klubu), "Garachay Asfalt” (öz yolbasanları və asfaltadüzənləri olan asfalt zavodu), "Garachay beton” (beton pompaları, özüboşaldanları və s. olan müxtəlif markalarda betonun istehsalı üçün 4 beton zavodu) daxildir.

Holdinqə daxil olan "Garachay Construction” Azərbaycan ərazisində ən iri inşaat şirkətlərindən biridir. Şirkət fəaliyyətə 2000-ci ildən başlayıb. 2000-ci ilin əvvəlindən indiyə qədər şirkət mürəkkəbliyi müxtəlif olan 500-dən çox layihəni yerinə yetirib. Şirkət tək Azərbaycanda yox, Qazaxıstan, Türkiyə, Mərakeş və s. kimi ölkələrdə fəaliyyət göstərir.

Şirkət "Sərhədçi” İdman Olimpiya Kompleksi, ədliyyə və muzey binalarını, Gəncə və Bərdədə Müalicə və Diaqnostika Mərkəzlərini inşa edib, hazırda isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Dövlət Miqrasiya Xidmətinin, Sərhəd Xidmətinin yeni hospitalını və s. inzibati binaları tikir.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol