• $
  • €
  • ₽
  • ₺
  • £

Sabahdan metroda köhnə kartlara gediş haqqı yükləmək mümkün olmayacaq

Sabahdan metroda köhnə kartlara gediş haqqı yükləmək mümkün olmayacaq
31.08.2015 16:09
Sabahdan etibarən Bakı metrosunda köhnə ödəniş kartlarına gediş haqqı yükləmək mümkün olmayacaq.

Bunu Trend-in sorğusuna cavab olaraq "Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.

Onun sözlərinə görə, sentyabrın 1-dən etibarən Bakı Metropolitenində "MetroKart”a gediş haqlarının yüklənməsi mümkün olmayacaq: "Amma kartda gediş haqqı varsa, həmin məbləğdən sentyabrın 30-dək istifadə etmək olar. Amma "MetroKart”ın istifadəsi yalnız sentyabr ayının 30-dək qüvvədədir. Oktyabrın 1-dən etibarən isə "MetroKart”ın istifadəsi dayandırılacaq. Sərnişinlər yalnız yeni nağdsız ödəniş kartlarından istifadə etməklə metroda hərəkət edə bilərlər”.

Qeyd edək ki, 2015-ci il avqustun 8-dən etibarən "Bakı Metropoliteni” QSC gediş haqqının ödənilməsi üçün "BakıKart" və "BakıKart Məhdud istifadə üçün" nağdsız ödəniş kartlarının istifadəsinə başlayıb. Həmin tarixdən etibarən həm metroda, həm də "BakuBus” avtobuslarında bu kartlardan istifadə etmək mümkündür.

"BakıKart" və "BakıKart Məhdud istifadə üçün" kartlarını metronun bütün stansiyalarının vestibüllərində və "BakuBus" MMC-yə məxsus marşrutların paytaxtdakı dayancaqlarda quraşdırılımış yeni terminallardan əldə etmək olar.

"BakıKart”ın (Plastik kart) satış qiyməti 2 manat, 1 gediş haqqının qiyməti isə 20 qəpikdir. Terminallarda "Bakıkart”ın balansını artırmaq mümkündür. Bu növ kart yuxarıda adları çəkilən nəqliyyat vasitələrindən daimi istifadə edən sərnişinlər üçün nəzərdə tutulub.

"BakıKart Məhdud istifadə üçün” kartının satış qiyməti isə 20 qəpikdir. Bu növ karta yalnız satın alındığı zaman 1, 2, 3 və ya 4 gedişin məbləğini yükləmək mümkündür və 1 gediş haqqının qiyməti 20 qəpikdir. Terminallarda bu növ kartın balansının artırılması mümkün deyildir. Bu kart yuxarıda adları çəkilən nəqliyyat vasitələrindən çox az istifadə edənlər üçün nəzərdə tutulub. Hər iki növ kart heç bir halda geri qaytarılmır.

Sərnişinlər "MetroKart” və "BakıKart»larla yaranmış hər hansı problemlə bağlı "20 Yanvar”, "Cəfər Cabbarlı”, "Nəriman Nərimanov”, "Neftçilər” stansiyalarında fəaliyyətdə olan "Kart-Analiz” mərkəzlərinə, 4343 telefon nömrəsinə və ya www.bakikart.az veb səhifəsinə müraciət edə bilərlər.
www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol