Ermənilərin yaraladığı bacılardan birinin vəziyyəti ağırdır

Azərbaycanın Tərtər rayonunda Ermənistan ordusunun atəşkəsi pozması nəticəsində yaralanan Müşkünaz Əliyeva vəziyyəti ağır olduğundan Bərdə Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
"Report" xəbər verir ki, yaralı qadın əməliyyat olunub.
M.Əliyeva qarın boşluğundan güllə yarası alıb. Onun vəziyyəti ağır qiymətləndirilir.
M.Əliyevanın bacısı Mədinə Tanrıverdiyeva isə Tərtər Rayon Mərkəzi Xəstəxanasındadır. Qadın sağ qolundan yaralanıb və vəziyyəti orta-ağırdır.
3 yaşlı Zəhra Əlizadə isə ambulator yardım göstərildikdən sonra evə buraxılıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























