• $
  • €
  • ₽
  • ₺
  • £

Çak Norris Bakıya gəlir – FOTO

Çak Norris Bakıya gəlir – FOTO
03.09.2015 11:05
Sudo döyüş növləri cəmiyyətinin sədri, çun-kuk-do Azərbaycan nümayəndəliyinin və peşəkar karate-do təşkilatının rəhbəri Sabir Süleymantanınmış kinoaktyor Çak Norrislə görüşüb.

Oxu.Az xəbər verir ki, o, görüş barədə təəssüratlarını Apasport-la paylaşıb.

Samir Süleyman bildirib ki, Norris dağ keçisi ovlamağı çox xoşlayır.

"Çak Norris ilə yanaşı, iki qardaşı, anası və həyat yoldaşı ilə görüşlərim olub. Süfrə arxasında söhbətlər edirdik. Daha çox Azərbaycan və bu ölkənin idmanı barədə danışdıq, onları ətraflı məlumatlandırdım. Təəssüf ki, ölkəmiz ABŞ-da çox az tanınır. Bunu görüşlərim zamanı hiss etdim. Çak Norrisin qardaşlarından Ken Qallaher ABŞ Döyüş Növləri Federasiyasının (UFAF) prezidenti, digər qardaşı isə Aron Norrisdi. 

Ov həvəskarıdır. Mən də ona Azərbaycanda ov üçün gözəl yerlər olduğunu dedim və ölkəmizə dəvət etdim. Çak Norris gələn ilin sentyabrında bura gəlməyə söz verdi. Düşünürəm ki, buranı görsə, film də çəkdirər.

Xüsusən də, Babadağ ətəyində ekstrim yerlər var. Çak Norris keçən il bizi bir tədbirə dəvət etsə də, iştirak edə bilməmişdik. Bu il Qafqaz regionu, Orta Asiya və Postsovet ölkələri adından yalnız Azərbaycan nümayəndəsi dəvət almışdı ki, o da mən idim.

Bu da onunla bağlıdı ki, biz çun-kuk-do döyüş növünü Azərbaycanda təmsil edirik. ", - deyə Süleymanlı qeyd edib.

Xatırladaq ki, Çak Norris Amerika kinoaktyoru və döyüş növləri ustası, Hollivud ulduzudur.



www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol