• $
  • €
  • ₽
  • ₺
  • £

Qurban Yetirmişli: Zəlzələ baş vermiş zonada bir neçə gün avtoşoklar olacaq

Qurban Yetirmişli: Zəlzələ baş vermiş zonada bir neçə gün avtoşoklar olacaq
04.09.2015 12:04
Şəkidə baş verən zəlzələ zonasında bir neçə gün avtoşokların olacağı gözlənilir.
 
Bunu Trend-ə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, ümumilikdə şimal-qərb zonası seysmoloji cəhətdən aktiv zona olduğu üçün Zaqatala, Şəki və Qəbələyə yaxın ərazilərdə zəif hiss olunan təkanlar çox baş verir. Q.Yetirmişli baş verən zəlzələni əvvəlcədən bilməyin mümkün olmadığını qeyd etsə də, seysmik zonalardakı proseslərə görə bunun gözlənilən olduğunu vurğulayıb: "5.9 rixter cədvəli ilə 7 bala yaxın zəlzələ oldu. Episentr cənub-qərb, Oğuz istiqamətində Şəkinin Qozlu bulaq adlı kəndinə yaxın ərazidir. Güclü zəlzələ olduğundan divarlarda çatların əmələ gəlməsi qaçılmaz idi. Belə güclü zəlzələlərdə evlərin divarları ilə yanaşı köhnə tikililər, tövlələrin dağılması da ola bilər. Hazırda FHN-nin Şəkidəki komissiyası hadisə yerindədir və araşdırmalar aparılır”.

Qurum rəhbərinin sözlərinə görə, zəlzələdən dərhal sonra Respublika Seysmoloji Mərkəzinin əməkdaşları hadisə yerlərinə ezam olunublar. Onlar bölgələrdə seysmoloji antenalar və avadanlıqlar quraşdıracaq: "Avadanlıqların sayəsində biz dağıntıların miqyası və baş verən zəlzələni öyrənə biləcəyik. Yeni avadanlıqlar bizim işimizi asanladıracaq”.
www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol