• $
  • €
  • ₽
  • ₺
  • £

Şəki şəhər İcra Hakimiyyətindən zəlzələ ilə bağlı AÇIQLAMA

Şəki şəhər İcra Hakimiyyətindən zəlzələ ilə bağlı AÇIQLAMA
04.09.2015 12:30
Şəkidə baş verən zəlzələ ilə bağlı şəhər ərazisində heç bir dağıntı qeydə alınmayıb.

Bu barədə Oxu.Az-a Şəki şəhər İcra Hakimiyyətindən bildiriblər.

Məlumata görə, yalnız zəlzələnin episentrinə yaxın yerləşən Turan qəsəbəsində bəzi evlərə baxış keçirilir.

"Zəlzələ ilə bağlı yaradılmış komissiya üzvləri artıq ərazidədir. İlkin məlumata görə, qəsəbə ərazisində bəzi evlərdə çatlar yaranıb. Hazırda araşdırma davam edir”.

İcra Hakimiyyətindən həmçinin bildiriblər ki, zəlzələ ilə bağlı hələlik heç kim şəhər xəstəxanası və kənd tibb məntəqələrinə müraciət etməyib.  

Bundan başqa, Şəki şəhər İcra Hakimiyyətindən zəlzələ nəticəsində qurumun inzibati binasında çatlar yaranması barədə yayılan xəbərləri təkzib ediblər.

Bildirilib ki, Şəkinin İcra Hakimiyyətinin binasında heç bir çat yaranmayıb, sadəcə bəzi yerlərdə binanın üzərinə vurulmuş suvaq qatı divardan aralanıb.

Qeyd edək ki, Şəki Seysmoloji İdarəsindən verilən məlumata görə, şəhər ərazisində zəlzələnin gücü 5 bal təşkil edib. 

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol