• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda xəstəxanada daha bir faciə - FOTO

Bakıda xəstəxanada daha bir faciə - FOTO
04.09.2015 20:42
Körpənin valideynləri həkimləri, həkimlər isə valideynləri ittiham edir.

Avqustun 29-u dünyaya gələn uşaq doğuş zamanı travma alıb.

Bu haqda ANS PRESS-ə körpənin valideynləri məlumat verib. Onların sözlərinə görə, uşağın anası Kosayeva İlkanə avqustun 28-də 3 saylı Suraxanı rayon doğum evinə yerləşdirilib. Avqustun 29-da isə onun körpəsi dünyaya gəlib. 

Uşağın atası bildirir ki, həkimlər doğuşun normal keçdiyini, ana ilə uşağın vəziyyətinin yaxşı olduğunu bildiriblər. Lakin ailə üzvləri uşağın vəziyyətinin heç də yaxşı olmadığını müşahidə ediblər.

Valideynlərin sözlərinə görə, doğuş zamanı həkim səhlənkarlığı nəticəsində uşaq başından zədə alıb. Körpənin atası İlkin həyat yoldaşının müntəzəm olaraq muayinədən keçdiyini və onun sağlamığı ilə bağlı heç bir narahatçılığı olmadığını deyib. 

Məsələni şərh edən Suraxanı rayonu 3 saylı doğum evinin ginekoloqu Sevda Abdulova isə ananın təbii yolla uşaq dünyaya gətirməsinin mümkünsüz olduğunu deyib. "Bu barədə xəstənin yaxınlarına məlumat verdik, lakin son anda onlar həkimin təklifi olan qeysəriyyə əməliyyatına razı olasalar da artıq bunu etmək gec idi. Uşaq travma ilə doğuldu". 

Həkimin sözlərinə görə bundan sonra xəstənin yaxınları xəstəxanada problem yaradaraq asayişi pozduqlarına görə, sentyabrın 3-ü xəstəxana tərəfindən polisə şikayət ərizəsi təqdim olunub.

Hazırda körpə Hüseyn Kosayev K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun reanimasiya şöbəsindədir. Körpəni müayinə edən uşaq həkimi Tahirova Sevda ANS PRESS-ə açıqlamasında onun vəziyyətinin hazırda stabil-ağır olduğunu bildirib. 

Məsələ ilə bağlı Kosayevlər ailəsi Səhiyyə Nazirliyinə şikayət ərizəsi ünvanlayıblar. 




www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol