• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda 40 min xərçəng xəstəsi... - Statistika

Azərbaycanda 40 min xərçəng xəstəsi... - Statistika
05.09.2015 18:04
Azərbaycanda qeydiyyatda olan onkoloji xəstələrin sayı çoxalıb. 


modern.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib. Azərbaycanda 2014-cü ildə ilk dəfə qoyulan diaqnozla qeydə alınan onkoloji xəstələrin sayı 9543 nəfər  olub. Onlardan 81 nəfəri 13 yaşınadək olan uşaqlardır. Bədxassəli şişlərlə xəstələnən 60 yaşdan yuxarı insanların sayı isə 4350 nəfər təşkil edib.

Statistik rəqəmlər ötən il Azərbaycanda onkoloji xəstələrin sayında artım müşahidə olunduğunu göstərir. Belə ki, ilk dəfə qoyulan diaqnozla qeydə alınan onkoloji xəstələrin sayı 2010-cu ildə 7626 nəfər, 2011-ci ildə 8672 nəfər, 2012-ci ildə 8645 nəfər, 2013-cü ildə isə 9064 nəfər olub.

Rəsmi məlumata görə, ötən il onkoloji xəstəlikdən 6982 nəfər ölüb. Statistika Komitəsindən bildirilir ki, müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan onkoloji xəstələrin sayı 37932 nəfərdir. 2000-ci ildə isə bu rəqəm 21088 nəfər təşkil edib.  

Əgər 2015-ci ilin satatistikasını da nəzərə alsaq, onda Azərbaycandakı müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan onkoloji xəstələrin sayının 40 minədək olduğunu söyləmək olar.


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol