• $
  • €
  • ₽
  • ₺
  • £

Elşad Miri Azərbaycandan həccə gedənləri tənqid etdi

Elşad Miri Azərbaycandan həccə gedənləri tənqid etdi
05.09.2015 12:05
"Ölkəyə bəlli mallar gətirirlər”.

Mən bundan əvvəl də demişəm ki, ən bahalı Həcc ziyarətini məhz Azərbaycan təşkil edir.

Qiymətlərin ən bahalısı məhz burdadı. Halbuki qiymətləri əlçatan etməyin bir çox üsulları var, necə ki, bunu digər müsəlman ölkələri, qonşu Türkiyə, İran edir. Bizdə isə tamam başqadır.

Vətəndaşların illik gəlirləri azaldığı bir vaxtda, qiymətlər durmadan artır. Heç bir güzəşt, sərfəli şərtlər də yoxdur. Belədə kvotanın dolmaması əlbəttə, təbiidir.

Bunu "Şərq” qəzetinə müsahibəsində ilahiyyatçı Elşad Miri Azərbaycandan bu il Həcc ziyarəti üçün ayrılan kvotanın dolmaması barədə məlumatı şərh edərkən bildirib.

Onun sözlərinə görə, dəqiq olan budur ki, Azərbaycandan Həcc ziyarətinə gedənlərin əksəriyyəti artıq dəfələrlə Həcdə olmuş şəxslərdir.

"Bunların bir qismi Həcc mövsümünə sırf ticari məqsədlərlə yanaşan adamlardır, hər il Həcc mövsümündə onlar Səudiyyə Ərəbistanına səfər edir, gəlir əldə etmək məqsədilə ticarətlə məşğul olur, ölkəyə bəlli mallar gətirirlər. Bir qisim isə maddi cəhətdən imkanlı adamlardır. Onlar üçün 4700 dollar nədir, 5000-6000 dollar ödəyib ziyarətə getməyin heç bir sıxıntısı yoxdur.

Bu insanlar arasında səmimiləri də olur. Onlar həqiqətən də müqəddəs ayda, müqəddəs günlərdə Məkkədə, Mədinədə olub dünya müsəlmanları ilə birlikdə ayinləri yerinə yetirmək istəyirlər və maddi imkanları buna yetdiyindən arzularının önünə sədd çəkmirlər”, - deyə, E. Miri bildirib.

İlahiyyatçı bildirib ki, Həcc ziyarətini arzulayıb gedə bilməyənlər kasıb təbəqənin nümayəndələridir.

"Amma Allah-təala "Qurani-Kərim”də yalnız imkanı çatan müsəlmanın Həcc ziyarətini yerinə yetirməsini vacib buyurur. Yəni, maddi imkanı çatmayan bir müsəlmanın özünü və ya ailəsini maddi sıxıntıya salaraq Həcc ziyarətinə getməsi məqbul deyil”.


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol