Qurban Yetirmişli: "Dünəndən 50-ə yaxın avterşok qeydə alınıb"

"Dünənki gücdə zəlzələ təkrar oluna bilməz"
"Dünəndən bu günə 50-ə yaxın avterşok baş verib. Bunlar zəif təkanlardır. Proses gedir və enerji boşalır”.
Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.
Q. Yetirmişli qeyd edib ki, güclü zəlzələ gözlənilmir: "Hiss olunan təkanlar ola bilər və bu mümkündür. Amma dünənki gücdə zəlzələ təkrar oluna bilməz. Hazırda yer daxilində gedən proseslər davam edir, insan kimi yer də nəfəs alır. Amma həmin ocaqda yenidən yeddi bal gücündə zəlzələ olmayacaq”.
Qeyd edək ki, dünən səhər Şəki ərazisində 7 bal gücündə zəlzələ olub. Yeraltı təkan respublikanın rayonlarında 6-5-4 və 3 bala qədər hiss olunub.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























