• $
  • €
  • ₽
  • ₺
  • £

Sevil Əliyeva “Space”də - FOTO

Sevil Əliyeva  “Space”də - FOTO
06.09.2015 11:00
Azərbaycanın mərhum üçüncü prezidenti Heydər Əliyevin qızı, dövlət başçısı İlham Əliyevin bacısı Sevil Əliyeva Bakıdadır. 


 Sevil Əliyeva sentyabrın 4-də sahibi olduğu Space telekanalına da baş çəkib. Onun kanala gəlişi axşam saatlarına təsadüf edib. 

S.Əliyeva sonuncu dəfə kanalda 2007-ci ildə olubmuş. Heyətlə görüşü, onların işi ilə maraqlanması, hər biri ilə söhbət etməsi həmin vaxt da indiki kimi baş tutub. Məlumatda bildirilir ki, 8 il bundan əvvəl də S.Əliyeva kanala iki oğlu ilə birgə gəlmişdi. Bu dəfə də onu kanala gəlişində oğulları müşayiət edib. İşçilərlə tanış olub, onların işləri ilə maraqlanandan sonra S.Əliyeva telekanalın prezidenti Vaqif Mustafayevlə yarım saatlıq görüş keçirib, ondan sonra kanalı tərk edib. 

Bu arada müğənni Elariz S.Əliyeva ilə fotosunu sosial şəbəkədə paylaşıb. Sənətçi şəkili çəkilişdə olarkən çəkdirdiyini qeyd edib: "Sevil xanım Əliyeva və mən Elariz Məmmədoğlu Space telekanalında".

Elariz Məmmədoğlu ans press-ə açıqlamasında fotonun dünən çəkildiyini bildirib: 

"Dünən Aşıq Samirənin ad günü çəkilirdi. Pavilyonda 20-yə yaxın müğənni vardı. Bir də gördük Sevil xanım Əliyeva və Vaqif Mustafayev gəlir. Bizimlə söhbət etdilər, çəkilişlə maraqlandılar. Sevil xanım hətta  "Elariz, siz cavanlaşmısız" deyərək mənə komplimentdə də etdi. Bu görüş hamımıza çox gözəl təsir bağışladı, heç vaxt bu görüşün təəssüratlarını unutmayacam. Çəkilişdə iştirak edən müğənnilər Sevil xanımla şəkil çəkdirdi. Yəni sosial şəbəkələrdə paylaşdığım foto kollektiv şəkildən kəsilmiş hissədir”.

İlkin ehtimallara görə, son vaxtlar Space kanalına qarşı hücumlar, hətta MTRŞ səviyyəsində qınaq, verilişləri ilə bağlı tənqidi mövqelərin çoxalması onun təklənməsi təəssüratını yaradırdı. S.Əliyeva isə kanala gələrək, həm "gövdə göstərisi” edib, həm də seçkiöncəsi rəhbərliyə yeni göstəriş və strategiylarını verib. 

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol