• $
  • €
  • ₽
  • ₺
  • £

Qurban Yetirmişli: "Güclü zəlzələlərin baş vermə ehtimalı sıfıra bərabərdir"

Qurban Yetirmişli: "Güclü zəlzələlərin baş vermə ehtimalı sıfıra bərabərdir"
07.09.2015 17:59

"Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən mütəxəssislərimiz Şəki və digər zəlzələ baş vermiş ərazilərə cəlb olunub. Onlar orada bir sıra profillər üzrə işlər aparır, o cümlədən ocaqda gedən prosesləri müşahidə edirlər".

Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.

Q.Yetirmişli bildirib ki, Prezidentin tapşırığına əsasən orada seysmoloji stansiyalar quraşdırılır: "Həmin ərazi seysmoloji zonadır. Bundan əvvəl, 2003-cü ildə zəlzələ baş verib".

Onun sözlərinə görə, Şəkidəki 7 ballıq zəlzələdən sonra 50-dən çox xırda afterşok davam edir: "Ola bilsin ki, bir neçə gün bu afterşoklar davam etsin. Bəzi hallarda 3-4, hətta ola bilsin, 5 bal gücündə zəlzələlər ola bilər. Amma 7 baldan güclü zəlzələlərin baş vermə ehtimalı sıfıra bərabərdir. Əhali bundan qorxmasın".

Azərbaycanın, ümumiyyətlə, seysmik zonada yerləşdiyini qeyd edən Q.Yetirmişli vurğulayıb ki, buna baxmayaraq, qabaqcadan hansı bölgədə zəlzələnin baş verməsini proqnozlaşdırmaq qeyri-mümkündür: "Şəkidəki zəlzələ ocağında enerji qısa təkanlarla da boşala bilərdi, onda belə zəlzələ baş verməyə bilərdi. Biz zəlzələ ocaqları ilə bağlı tədqiqatlar aparırıq, gərginlik zonalarını müəyyən edirik. Ancaq qısamüddətli zəlzələ proqnozu vermək mümkün deyil”.

Seysmoloji Xidmət Mərkəzinin direktoru tikinti aparılan zonalardan müraciət olan zaman seysmikliklə bağlı arayışların təqdim olunduğunu qeyd edib: "Məsələn, Bakıda 8-9 ballıq ərazilər var. Biz hər bina üçün əraziyə uyğun zəlzələyə davamlılıq müəyyən edirik”.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol