• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyada Azərbaycan diasporunun lideri rüşvət üstündə tutuldu

Rusiyada Azərbaycan diasporunun lideri rüşvət üstündə tutuldu
29.05.2020 09:52
Rusiyanın Mordoviya respublikasında böyük məbləğdə fırıldaqçılığa cəhddə ittiham edilən prokurorluq orqanlarının təqaüdçüsü məhkəmə qarşısına çıxacaq.

Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, istintaqın versiyasına görə, Ümumrusiya azərbaycanlılar konqresinin yerli şöbəsinin rəhbəri Yaşar Abışov ona yardım üçün müraciət edən insanların pullarını mənimsəmək istəyib.

Sabiq prokuror işçisinə bir xanım müraciət edərək, ondan tanışının həbsxanadan şərti növbədən kənar azad edilməsi üçün yardım istəyib. Abışov təqaüdə çıxmazdan öncə Mordoviyanın cinayət cəzalarının icraatına nəzarət üzrə prokurorluqda baş köməkçi vəzifəsində çalışıb. Qadın düşünüb ki, təqaüdçünün əlaqələri var.  

Sabiq prokurorluq işçisi vəziyyətdən istifadə etməyi qərara alır. Bununla yanaşı, istintaq iddia edir ki, o, həmin şəxsin azad edilməsinə yardım edə bilməzdi. Buna baxmayaraq "yardımı” üçün 300 min rubl istəyib.  

Bu xəbərləri "vasitəçi” həbsdə olana çatdırıb. O isə qadının və sabiq prokuror işçisinin söz verilən yardımı göstərmədən pula sahib çıxmaq istədiklərindən şübhələnib və Federal Təhlükəsizlik Xidmətinin idarəsinə bildirib. Mayın 28-də qadını sözügedən məsələni həll etmək üçün nəzərdə tutulan pulu alarkən saxlayıblar.

"Vasitəçi” bu pulları Abışova verməyə hazırlaşdığını bildirib. Əməliyyatçıların nəzarəti altında Saranskda Voroşilov küçəsində təqaüdçü ilə görüşüb. Söhbət zamanı təqaüdçü məbləği 330 min rubla qədər qaldırıb və 250 min rublu alan yerdə FTX əməkdaşları tərəfindən saxlanılıb. Cinayət işi Leninski rayon məhkəməsinə verilib.

Mühakimə edilən günahını etiraf etməyib.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol