• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı Ali Neft Məktəbinin professorunun iki oğlu beynəlxalq axtarışa verilib

Bakı Ali Neft Məktəbinin professorunun iki oğlu beynəlxalq axtarışa verilib
12.09.2015 11:30
Azərbaycanın tanınmış professorunun iki oğlu beynəlxalq axtarışa verilib.

APA-nın İnterpolun saytına istinadən verdiyi məlumata görə, 38 yaşlı Eldar Azakov mənimsəmədə, onun qardaşı 35 yaşlı Fərid Azakov isə mənimsəmə cinayətində iştirakda təqsirləndirilirlər.
 
Azərbaycan hüquq-mühafizə orqanları Eldar və Fəriz Azakov qardaşları ölkədən qaçdığı üçün onların barəsində dövlətlərarası axtarış elan edib və saxlanılmaları üçün İnterpola müraciət olunub.
 
APA-nın əldə etdiyi məlumata görə, axtarışa verilən qardaşlar Bakı Ali Neft Məktəbinin "Neft-qaz mühəndisliyi" kafedrasının professoru Siyavuş Azakovun övladlarıdır.
 
Bu barədə APA-nın sorğusunu cavablandıran S. Azakov övladlarının axtarışda olması xəbərini təsdiqləyib: "Mənim bir oğlum xaricilərlə birlikdə işləyirdi. Onlar Bakıda şirkət açmışdılar. Həmin xaricilər oğlumun vasitəsilə Azərbaycanda qanunsuz işlər görmək istəyirdilər. Təbii ki, övladlarım buna razı olmazdılar və bu işə getmədilər. Onlar da vəziyyətin belə alındığını görüb övladlarımdan qisas almaq üçün prokurorluğa şikayət etdilər. Həmin şikayət əsasında prokurorluqda iş açıldı və övladlarım Azərbaycanda olmadıqları üçün barələrində axtarış elan edildi. Mən bir ata kimi sizi əmin edirəm ki, Eldarın və Fəridin heç bir günahı yoxdur. Ümid edirəm ki, bu məsələ tezliklə ədalətli həllini tapacaq”.
 
S. Azakov axtarışda olan övladlarının hazırda Amerikada yaşadıqlarını qeyd edib.
 




www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol