• $
  • €
  • ₽
  • ₺
  • £

Qurbanlıq qoyunları harada kəsmək olar? – ÜNVANLAR

Qurbanlıq qoyunları harada kəsmək olar? – ÜNVANLAR
14.09.2015 16:09
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən qeydiyyatdan keçən 10 ədəd heyvan kəsim məntəqələri fəaliyyət göstərir. 

Oxu.Az-a bu barədə Dövlət Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu (Xanvəli) Həsənov bildirib. 

Onun sözlərinə görə, bu cür məntəqələrdə baytarlıq müayinəsi pulsuz olaraq həyata keçiriləcək:

"Bakı şəhərində Qurban bayramı ilə əlaqədar olaraq 10 ədəd heyvan kəsim məntəqələri faəliyyət göstərir. Eyni zamanda, bu cür məntəqələrdə heyvanların baytarlıq müayinəsi pulsuz olaraq həyata keçiriləcək”.

Y.Həsənov bu məntəqlərdə heyvan kəsiminin şəhərin ekoloji vəziyyətinin çirklənməsinin qarşısını alacağını da qeyd edib:

"Bu cür məntəqələrdə baytarlıq sanitariya qaydaları tam qorunur. İstərdik ki, insanlar həmin məntəqələrdə heyvanları kəsdirsinlər. Şəhərin təmizliyinə riayət olunsun”.

Bundan başqa, xidmətin rəsmisi qeyd edib ki, Dövlət Baytarlıq Nəzarəti Xidmətinin və Bakı Şəhəri Baytarlıq İdarəsinin baytar mütəxəsisləri bu gündən yerlərdə həm kəsimə, həm də gətirilən heyvanlara nəzarət edəcək:

"Artıq bizim mütəxəsislər yerlərdə faəliyyət göstərirlər. Gətirilən heyvanların baytarlıq şəhadətnaməsi əsasında gətirilməsinə və heyvanların kəsiminə nəzarət olunur. Təxminən 80 nəfər baytarlıq mütəxəsisi bu işə cəlb olunub”.

Qeyd edək ki, məntəqələr Keşlə bazarı yaxınlığında, Nərimanov rayonu ərazisində , "Oazis” restoranın yanında, "Çobanzadə” küçəsində, Heydər Əliyev prospektində ("Qoç ət” ) Suraxanı ərazisində ("Hilal ət”), Binə tərəfdə ("Binə”) fəaliyyət göstərir. 

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol