• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda bəzi ali və orta məktəblərdə dərslərin vaxtı dəyişdirildi

Bakıda bəzi ali və orta məktəblərdə dərslərin vaxtı dəyişdirildi
14.09.2015 17:21
Məqsəd nəqliyyatın sıxlığının qarşısının alınmasıdır

Yeni tədris ilinin başlanması ilə əlaqədar Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının 23 iyul 2015-ci il tarixli "Bakı şəhərində nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi üzrə əlavə tədbirlər haqqında” qərarına əsasən Bakının mərkəzində yerləşən ali təhsil müəssisələri üçün fərqli iş qrafikləri müəyyənləşdirilib.
 
APA-nın məlumatına görə, Azərbaycan Texniki Universitetində bu tədris ilində dərslər öncəki tədris illərində olduğu kimi saat 8:30-da deyil, saat 9:00-da başlayacaq.
 
Azərbaycan Dövlət İqtisad Universitetində də iş qrafiki dəyişib. Əgər öncəki tədris illərində bu təhsil müəssisəsində birinci növbə üçün dərslər saat 8:30, ikinci növbə üçün dərslər saat 13:45-də başlayırdısa, bu il birinci və ikinci növbələr üçün dərslər müvafiq olaraq saat 9:00 və saat 14:00-da başlayacaq. Bakı Dövlət Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universitetində isə iş qrafikləri dəyişməyib. Bakı Dövlət Universitetində dərslər keçən tədris illərində olduğu kimi saat 8:30-da, Azərbaycan Memarlıq və İnşaat Universitetində isə saat 9:00-da başlayacaq.
 
Bakının mərkəzində yerləşən orta məktəblərdə də fərqli iş qrafiki tətbiq olunacaq. Məsələn, "İçərişəhər” metrostansiyası yaxınlığında yerləşən 132 saylı orta məktəbdə tədris artıq saat 8:30-da deyil, saat 8:00-da başlanacaq.


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol