• $
  • €
  • ₽
  • ₺
  • £

Mikayıl Cabbarov: Məktəb zəngi yaxın vaxtlarda Şuşada çalınacaq

Mikayıl Cabbarov: Məktəb zəngi yaxın vaxtlarda Şuşada çalınacaq
15.09.2015 10:57
Təhsil naziri Mikayıl Cabbarov Bulik günü münasibətilə müəllimlər, məktəblilər və valideynləri təbrik edib. 

"Əziz şagirdlər! Biz sizinlə birlikdə sabaha baxırıq. Sizin qazandığınız bilik və bacarıqlar sizin hər birinizin həyat uğurunun zəruri şərtidir. Sizin uğurunuz Azərbaycanın uğurudur. Ölkəmizin gələcəyi, onun dünya ölkələri arasında şərəfli yer tutması üçün bu çox vacibdir. Əminəm ki, bunun üçün daim öyrənməyi, axtarmağı və araşdırmağı siz öz həyat vərdişinizə, xarakterinizə çevirəcəksiniz. Təhsilin bizə göstərdiyi bu yol uğur qazanmağın, özünütəsdiqin ən şərəfli yoludur.

Əziz müəllimlər! Bilik çırağını yandıran müəllim təkcə bu missiya ilə deyil, həm də vətəndaş tərbiyəsi ilə məşğuldur. Uğurlu şagird-tələbə, uğurlu təhsil müəssisəsi, uğurlu vətəndaş - sonda uğurlu cəmiyyət deməkdir. Bu həlqəni birləşdirən isə məktəb, öyrənməyi öyrənən məktəbli və müəllimdir.

Əziz valideynlər! Məktəbə daha yaxın olun, övladlarınızın təhsilində fəal iştirak edin. Bu zaman təhsil mühiti daha sağlam və bütöv olur. Tədqiqatlar sübut edib ki, valideynin gündəlik olaraq övladının dərslərinə diqqət yetirməsi onların təhsil göstəricilərinə əhəmiyyətli dərəcədə təsir edir.

İnanırıq ki, bu gün məktəbə səsləyən zəng sədaları yaxın vaxtlarda Azərbaycanın ayrılmaz parçası olan Şuşada, Xankəndində çalınacaq.

Bu günü yaxınlaşdırmaq üçün Sizə və bizim hamımıza yeni təhsil ilində uğurlu başlanğıclarla!”, - təbrikdə deyilir. 

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol