• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı rusiyalı turistlərin 10 ən populyar MDB şəhərləri sırasında

Bakı rusiyalı turistlərin 10 ən populyar MDB şəhərləri sırasında
16.09.2015 12:55
Travel.ru portalı bu il rusiyalı turistlər arasında hansı şəhərlərin daha populyar olduğunu müəyyənləşdirib. Reytinq MDB ölkələrinin otellərində 2015-ci ildə turizm firmalarının dəstəyi olmadan, sərbəst səyahət edən rusiyalı turistlərin bronları əsasında tərtib edilib.  

Oxu.Az xəbər verir ki, turistlər arasında populyar olan MDB şəhərlərinin ilk onluğuna Minsk, Kiyev, Almatı, Bakı, İrəvan, Astana, Vitebsk, Bişkek, Taşkent və Kişinyov daxildir.  

Turistlər arasında ən populyar MDB ölkələrinin beşliyinə Belarus (səfərlərin 37%-i), Ukrayna (22%), Qazaxıstan (16%), Azərbaycan (9%) və Ermənistan (7%) daxildir.

Travel.ru portalının məlumatına əsasən, turistlər keçən il ilə müqayisədə  MDB ölkələrində 1,5 dəfə daha çox onlayn bronlar ediblər. Ümumilikdə bu region üzrə turistlər dörd gün müddətinə səfər edirlər və sutkada otelə 80 dollar ödəyirlər.  

Minskdə turistlər otelə sutkada 73 dollar, Kiyevdə - 87 dollar, Almatıda - 84 dollar, Bakıda – 78 dollar, İrəvanda isə 63 dollar xərcləyirlər.
MDB-nin ən bahalı paytaxtı Astana (sutkada 115 dollar), ən ucuzu isə Bişkekdir (sutkada 30 dollar).

Yay mövsümünün yekunlarına görə, rusiyalı turistlər arasında MDB-nin ən populyar kurortlarının beşliyinə İssık-Kul (Qırğızıstan), Naroç gölü (Belarus), Borovoy (Qazaxıstan), Nabran qəsəbəsi (Azərbaycan) və Sevan gölü (Ermənistan) daxildir.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol