• $
  • €
  • ₽
  • ₺
  • £

“Azərbaycan Gəncliyi Daha Yaxşı Gələcək uğrunda Fəaliyyətdə” layihəsinin yekun konfransı

“Azərbaycan Gəncliyi Daha Yaxşı Gələcək uğrunda Fəaliyyətdə” layihəsinin yekun konfransı
16.09.2015 12:45
Gəncliyi Daha Yaxşı Gələcək uğrunda Fəaliyyətdə” layihəsinin yekun konfransı baş tutacaq. 

Konfransda dövlət rəsmiləri, gənclər təşkilatlarının rəhbər və fəalları, mətbuat nümayəndələri iştirak edəcək.

Konfransın açılış mərasimində dövlət rəsmilərinin çıxışları, daha sonra isə layihənin hesabatı dinləniləcək. Konfransda 3 rayonda keçirilmiş təlimlər zamanı gənclər üçün aktual olan mövzular üzrə iştirakçılar tərəfindən verilmiş təkliflər səsləndiriləcək və bu təkliflər əsasında hazırlanan bəyannamə ictimaiyyətə çatdırılacaq. Sonda 3 ay davam edən layihənin video hesabatı təqdim olunacaq.

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının Baş Katibi Seymur Hüseynov qeyd edib ki, "ARGTMŞ daim yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində Azərbaycan gənclərinin qərarvermə prosessində iştirakına imkan yaratmışdır. Təşkilat tərəfindən bu istiqamətdə keçirilən tədbirlərdən biri olan "Azərbaycan Gəncliyi Daha Yaxşı Gələcək uğrunda Fəaliyyətdə” layihəsi çərçivəsində 3 regionda keçirilən teatr əsaslı təlimlər vasitəsilə gənclər təlimləndirilib və öz təkliflərini vermək imkanı əldə ediblər. Təkliflər əsasında hazırlanan bəyannamə Gənclər və İdman Nazirliyi və Xarici İşlər Nazirliyinə təqdim olunacaq, bu bəyannamənin 25-28 sentyabr 2015-ci il tarixlərində Nyu-Yorkda keçiriləcək BMT sammitinə təqdim edilməsi üçün təklif ediləcəkdir”.

Konfrans 22 sentyabr 2015-ci il tarixində "ADA” Universitetinin akt zalında keçiriləcək. Konfransda www.youthvoice.nayora.az ünvanında qeydiyyatdan keçməklə iştirak etmək mümkündür.

Məlumat üçün qeyd edək ki, "Azərbaycan Gəncliyi Daha Yaxşı Gələcək uğrunda Fəaliyyətdə” layihəsi gənclərin potensialnını üzə çıxararaq, onların ehtiyaclarının yetkinlik dövründə təhlükəsiz, sağlam və uğurlu keçidini təmin edəcək milli inkişaf çərçivəsinin hazırlanması prosesində nəzərə alınması məqsədilə həyata keçirilir. İyul ayında start verilən "Azərbaycan Gəncliyi Daha Yaxşı Gələcək uğrunda Fəaliyyətdə” layihənin təlimləri Lənkəran, İsmayıllı, Ağdam rayonlarında həyata keçirilib.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol