• $
  • €
  • ₽
  • ₺
  • £

"YAP-n siyahısının sentyabrın 15-də açıqlanması əvvəldən planlaşdırılmışdı"

"YAP-n siyahısının sentyabrın 15-də açıqlanması əvvəldən planlaşdırılmışdı"
16.09.2015 18:57
"Siyahını optimist və ədalətli hesab edirəm"

"Yeni Azərbaycan Partiyasının siyahısının sentyabrın 15-də açıqlanması qabaqcadan planlaşdırılmışdı".

APA-nın məlumatına görə, bunu YAP-ın saytına müsahibəsində baş nazirin müavini, partiyanın sədr müavini - icra katibi Əli Əhmədov deyib.

Ə. Əhmədovun sözlərinə görə, bu, partiyanın seçki taktikasının tərkib hissəsi kimi nəzərdə tutulub: "Doğrudur, mətbuatda çox müxtəlif müddətlər səsləndirilirdi. Lakin onların heç biri əsaslı deyildi.

Deputatlığa namizədlərin irəli sürülməsi və qeydiyyatı kifayət qədər sadədir. Ona görə də Yeni Azərbaycan Partiyasının namizəd siyahısının sentyabrın 15-də açıqlanması gec sayıla bilməz. İrəli sürülən bütün namizədlərin qeydə alınması üçün kifayət qədər vaxt var".

YAP-ın siyahısını qiymətləndirən Ə. Əhmədov hər şeydən əvvəl siyahını optimist və ədalətli hesab etdiyini vurğulayıb: "Bu siyahı partiyanın özünə inamını və daxili monolitliyini ifadə edir. Mən açıqlanmış siyahımızı perspektiv planda şanslı hesab edirəm.

Elan edilən siyahı ilə ilk növbədə Yeni Azərbaycan Partiyası özünün deputat korpusundan razılığını ifadə edib. Yeni Azərbaycan Partiyasını Milli Məclisdə təmsil edən deputatların əksəriyyəti həm partiyanın, həm də seçicilərinin etimadını doğruldublar. Yəqin ki, partiyanın deputatlarından bir neçəsinin icra strukturlarında vəzifəyə təyin olunması və beynəlxalq təşkilatda rəhbər vəzifəyə seçilməsi səsləndirdiyim fikrin təsdiqi üçün yetərlidir.

Bununla belə, siyahıda kifayət qədər yeni sima da var. 2010-cu il parlament seçkilərində partiyamız 72 mandat qazanmışdı. 2015-ci il seçkilərində isə biz 117 dairə üzrə namizəd irəli sürmüşük. Gördüyünüz kimi, yeni simaların irəli sürülməsinə kifayət qədər imkan vardır və həmin imkandan ən faydalı şəkildə istifadə etməyə çalışmışıq".


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol