• $
  • €
  • ₽
  • ₺
  • £

Əcnəbilərlə qurulan nikahların sayı açıqlandı

Əcnəbilərlə qurulan nikahların sayı açıqlandı
18.09.2015 11:47
Bu il Azərbaycanda əcnəbi və vətəndaşlığı olmayan şəxslərlə yeni qurulan və pozulan nikahların statistikası açıqlanıb. 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova "Report"a bildirib ki, 2015-ci ilin birinci yarısında əcnəbi və vətəndaşlığı olmayan şəxslərlə azərbaycanlılar arasında 527 nikah bağlanıb.

Onun sözlərinə görə, Azərbaycan qızlarının əcnəbilərlə ailə qurmağa meylli olması fikri doğru deyil: "Bu, düzgün yanaşma deyil, çünki əcnəbi və vətəndaşlığı olmayan şəxslər dedikdə ilk sıralarda Rusiya və Gürcüstan vətəndaşları olan azərbaycanlılar dayanır. Sırada daha sonra Türkiyədə və başqa ölkələrdə yaşayan türklər və müsəlmanlar durur. Az faizi isə digər millətlərin və dinlərin nümayəndələri təşkil edir".

Komitə rəsmisi bildirib ki, son dövrlərdə Azərbaycanda əcnəbi və vətəndaşlığı olmayan şəxslərlə ailə quran azərbaycanlıların boşanma hallarında azalma müşahidə olunur: "Bu ilin I yarısında ölkədə əcnəbi və vətəndaşlığı olmayan şəxslərlə azərbaycanlılar arasında 27 boşanma faktı qeydə alınıb".

Baş məsləhətçi əcnəbi və vətəndaşlığı olmayan şəxslərlə ailə quran və boşananlarla bağlı ötən ilin statistikasını da açıqlayıb. A.Veysəlova qeyd edib ki, 2014-cü ildə əcnəbi və vətəndaşlığı olmayan şəxslərlə 1 816 nikah, 155 boşanma faktı qeydə alınıb: "2013-cü ildə isə 2 780 nikah, 211 nikah pozulmasıqeydə alınıb".

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol