• $
  • €
  • ₽
  • ₺
  • £

Milli Məclisin deputatı öz əvəzinə həcc ziyarəti etmək üçün adam tutub

Milli Məclisin deputatı öz əvəzinə həcc ziyarəti etmək üçün adam tutub
18.09.2015 14:01
 Milli Məclisin deputatı Qalib Salahzadə həcc ziyarətini yarımçıq qoyaraq Bakıya qayıtması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

 Deputat "Report"a açıqlamasında hazırda Bakıda olduğunu deyib. O, həcc ziyarətinin əməllərinin bir qismini yerinə yetirdiyini etiraf edib: "Digər əməllərim üçün naib tutmuşam, qalan əməllərimi o yerinə yetirəcək. Şəriətdə buna icazə var. Qaydalara görə, naib seçilən adam mütləq hacı olmalıdır".

Deputat ərəb naibə onun əvəzindən həcc ziyarətinin əməllərini yerinə yetirmək üçün pul ödədiyini də deyib. Lakin nə qədər vəsait ödədiyini açıqlamayıb: "Pulun həcmi mənimlə onun arasında olan söhbətdir, bunu açıqlamaq düzgün olmazdı".

Qalib Salahzadə həcc ziyarətlərinin sayının 27-yə çatdığını bildirib.

Qeyd edək ki, Q.Salahzadə 27 saylı Sabunçu ikinci seçki dairəsindən hakim Yeni Azərbaycan Partiyasının deputatıdır. YAP-ın noyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilər üzrə deputatlığa namizədlərinin siyahısında onun adı yoxdur. Bəzi saytlar Q.Salahzadənin həcc ziyarətini yarımçıq qoyaraq Bakıya qayıtmasını adının namizədlər siyahısında olmaması ilə əlaqələndirib.

Q.salahzadə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadənin qudasıdır.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol