• $
  • €
  • ₽
  • ₺
  • £

Sumqayıtdakı dəhşətli qəza ilə bağlı yeni faktlar

Sumqayıtdakı dəhşətli qəza ilə bağlı yeni faktlar
18.09.2015 22:50
Dünən səhər saatlarında Sumqayıt-Bakı yolunda baş verən dəhşətli mikroavtobus qəzası ilə bağlı bəzi məqamlar aydınlaşıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, qəza nəticəsində "Ford Transit" markalı mikroavtobusun sürücüsü Baloğlan Ağakişiyev ağır xəsarətlər alıb. Sumqayıt şəhər xəstəxanasına yerləşdirilən sürücü kəllə-beyin travması alıb və beyin qapağına xeyli qan yığılıb. Həkimlər onun vəziyyətini hələ də ağır qiymətləndirir.

Bildirilib ki, ağır vəziyyətdə olmasına baxmayaraq, B.Ağakişiyev polis nəzarəti altındadır və sağalan kimi məhkəməyə çıxarılacaq və böyük ehtimallar barəsində həbs-qətimkan tədbiri seçiləcək.

Araşdırmalar nəticəsində o da məlum olub ki, B.Ağakişiyevin sürücülük vəsiqəsi avtobus idarə etməyə yol vermirmiş. Həmçinin onun idarə etdiyi nəqliyyat vasitəsinin sərnişindaşıma ilə bağlı qanuni sənədi -lisenziyası olmayıb. Qəzaya düşən "Ford Transit"ə verilmiş lisenziya müddəti 2012-ci ildə başa çatıbmış və həmin vaxtdan sonra lisenziya alınmayıb.

Qeyd edək ki, sentyabrın 17-də saat 09 radələrində Abşeron rayonunun Ceyranbatan qəsəbəsində Sumqayıt şəhər sakini Baloğlan Ağakişiyev idarə etdiyi "Ford Tranzit” markalı mikroavtobusu yolun kənarındakı yol ayırıcısına vurub. Nəticədə onun sərnişinlərindən - Xırdalan şəhər sakini Ofeliya Məmmədova, Masallı rayon sakinləri Elnur Cəfərov və Amil Abdullayev hadisə yerinə ölüb, 9 sərnişin isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol